İdman

Almaniyada futbol stadionunun yaxınlığında aktiv bomba tapılıb

Lamniyada “Maynts” klubunun ev oyunlarını keçirdiyi “MEWA Arena” stadionun yaxınlığında aktiv bomba tapılıb. Məlumata görə, 500 kiloqramlıq aktiv bomba İkinci Dünya müharibəsindən qalıb. Təhlükəsizlik səbəbilə klub həmin vaxt stadionda olan bütün əməkdaşlarını müvəqqəti olaraq təxliyə etməli olub. Hadisə yerinə gələn mütəxəssislər bombanı zərərsizləşdiriblər. Xatırladaq ki, 31-ci turda “Maynts” şənbə günü “Köln” komandasını qəbul edəcək. Mənbə: […]

İdman

Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın daha üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq. Oxu.Az xəbər verir ki, üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev 73 kq-da tatamı üzərinə çıxacaq. Zelim Tçkayev isə 81 kq çəki dərəcəsində rəqiblərini üstələməyə çalışacaq. Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib. Xeberal.az

İdman

Mahir Emrelidən Hidayət Heydərova HƏDİYYƏ – FOTO

Mahir Emreli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında iştirak edən cüdo yığmamızın düşərgəsinə baş çəkib. Oxu.Az xəbər ki, Zaqreb “Dinamo”sunda çıxış edən azərbaycanlı futbolçu Hidayət Heydərovla görüşüb. Mahir cüdo üzrə üçqat Avropa çempionuna “Dinamo”nun formasını hədiyyə edib. O, cüdoçularımıza qitə çempionatında uğurlar arzulayıb. Qeyd edək ki, Emreli zədə üzündən uzun müddətdir ki, Zaqreb klubunun əsas heyətindən […]

İdman

Azərbaycanlı hakim Fatih Terimin komandasının oyununda

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununu idarə edəcək. İdman.biz xəbər verir ki, FIFA dərəcəli referi 34-cü turun “Panatinaikos” – “Aris” matçına təyinat alıb. Çempionluq qrupunda baş tutacaq oyunda Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü funksiyasını yerli Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu […]

İdman

“Mançester Siti” “Brayton”a rəhm etmədi – VİDEO

İngiltərə Premyer Liqasının növbəti turu “Mançester Siti” üçün böyük hesablı qələbə ilə əlamətdar olub. “Şəhərlilər” səfərdə “Brayton”u darmadağın ediblər. Qvardiolanın yetirmələri ev sahiblərinə göz açmağa imkana verməyərək 4 cavabsız qolla qalib gəliblər. Komandanın heyətində Foden dubla imza atıb. Beləliklə də, hazırda “Mançester Siti” 76 xalla turnir cədvəlində ikincidir. İlk pilləni tutan “Arsenal” onlardan cəmi bir […]

İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb. Oxu.Az xəbər verir ki, o, yarışın dördüncü günündə 100 metr məsafəyə sərbəst üzmə üsulunda finalda finişə üçüncü çatıb. Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda qızıl, ikinci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda gümüş mükafata […]

İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu – FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az -a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov bürünc medal qazanıb. Çempionluğun taleyi Aydın Süleymanlı ilə Məhəmməd Muradlı arasında baş tutan finalda həll olunub. İlk partiya heç-heçə başa çatıb. Bu gün keçirilən […]

İdman

FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ölkə hökumətinin İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə qarışması səbəbindən İspaniya klublarını və milli komandalarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər. Bundan əvvəl məlum olub ki, İspaniya hökuməti RFEF-in fəaliyyətinə nəzarət etmək üçün xüsusi komissiya yaratmaq qərarına gəlib. Hadisələrin bu cür cərəyan etməsi İspaniya millisinin 2024-cü […]

İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb. Görüşdə rəqib finala yüksəldiyindən M.Həsənov Avropa çempionatını bürünc medalla başa vurub. Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də […]

İdman

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli oldu

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub AFFA Gənclər Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub. Oxu.Az xəbər verir ki, XXXI turda evdə “Kəpəz”i 5:0 hesabıyla məğlub edən “Sabah”ın U-19 komandası sona iki tur qalmış çempionluğu rəsmiləşdirib. “Sabah” növbəti mövsüm Azərbaycanı UEFA Gənclər Liqasında təmsil etmək hüququ qazanıb. Qeyd edək ki, ötən mövsüm […]