İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Sharing is caring!




Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, o, yarışın dördüncü günündə 100 metr məsafəyə sərbəst üzmə üsulunda finalda finişə üçüncü çatıb.

Qeyd edək ki, turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda qızıl, ikinci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda gümüş mükafata yiyələnib. Milli komandanın digər üzvü Vəli İsrafilov isə yarışın üçüncü günündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir