İdman

Rəşad Sadıqov: “Bizi çox gərgin sonluq gözləyir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib. “Qafqazinfo” xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib: “Futbolçularımı təbrik edirəm. İlk matçın son dəqiqələrində buraxdığımız qol rəqibə əlavə motivasiya verirdi. Rəqibin geridə qalan üç həftə ərzində verdiyi […]

İdman

“Mançester Yunayted”dən qələbə, “Liverpul” liderlik şansını əldən verdi

İngiltərə Premyer Liqasında növbəti turun oyunları baş tutub. Çempionatın iddialı komandalarından “Nyukasl” səfərdə “Kristal Pelas”a uduzub – 2:0. “Mançester Yunayted” doğma meydanda “Şeffild” üzərində inamlı qələbə qazanıb. Bruno Fernandes dublla yadda qalıb – 4:2. “Liverpul” isə şəhər derbisində “Everton”a məğlub olub – 2:0. Bununla da Yurgen Klopun yetirmələri turnir cədvəlində ilk pilləyə qayıtmaq şanslarını əldən […]

İdman

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

Aprelin 24-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb. Oxu.Az xəbər verir ki, Bakı Su İdman Sarayında təşkil olunan yarışlara 3-cü idman dərəcəsi olan üzgüçülər qatılıblar. İdmançıların rəsmi paradından sonra açılış mərasimində çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibinin müavini Tamerlan Abdullazadə Gənclər və İdman Nazirliyi və AÜF-ün təşkilatçılığı ilə bu kimi yarışların keçirilməsinin ölkəmizdə […]

İdman

Qurban Qurbanov: “Ölkə kuboku əlavə prestijdir”

“Ölkə kuboku əlavə prestijdir”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis futbolçularını finala vəsiqə qazandıqları üçün təbrik edib: “Hər oyunçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım. “Neftçi”yə uğurlar arzulayıram”. Təcrübəli baş məşqçi iki […]

İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq – FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər. İdman.biz xəbər verir ki, yığmanın heyətində iki idmançı yer alıb. Məşqçi Aleksandra Reyşin rəhbərliyi ilə Mədinə Dəmirova və Alina Məmmədova fərdi proqramda çıxış edəcəklər. Dünya kubokunda azərbaycanlı hakim Vəfa Bəkərova ədaləti qoruyacaq. Qeyd edək ki, Dünya kuboku aprelin 26-28-də baş tutacaq. Xeberal.az

İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq – FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər. İdman.biz xəbər verir ki, yığmanın heyətində iki idmançı yer alıb. Məşqçi Aleksandra Reyşin rəhbərliyi ilə Mədinə Dəmirova və Alina Məmmədova fərdi proqramda çıxış edəcəklər. Dünya kubokunda azərbaycanlı hakim Vəfa Bəkərova ədaləti qoruyacaq. Qeyd edək ki, Dünya kuboku aprelin 26-28-də baş tutacaq. Xeberal.az

İdman

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda ittiham olunublar. Komi məhkəməsi onları qiyabi həbs edib. Həmçinin Sıktıvkar Şəhər Məhkəməsi şahmatçısı və keçmiş deputatı “terrorçuluq fəaliyyətini maliyyələşdirməkdə və terrorizmə ictimai çağırışlarda” ittiham edib. Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Komi Respublikası üzrə İdarəsinin materialları əsasında cinayət işi […]

İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. Oxu.Az xəbər verir ki, Malik Həsənov (63,5 kq) üçüncü görüşündə Din Klensini (İrlandiya) məğlub edib. Milli üzvü Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq. Bununla da yarımfinala […]

İdman

“Neftçi”nin baş məşqçisi: “İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi”

“İlk oyunun nəticəsi hər iki komandaya təsir etdi”. “Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib. Mütəxəssis qarşılaşmada ikinci yarının daha maraqlı alındığını bildirib: “Çoxlu qol vəziyyətləri oldu. Bu gün əvvəlki görüşlərdə özlərini göstərə bilməyən futbolçulara şans verdim”. Monteneqrodan […]

İdman

Azərbaycan Basketbol Liqası: “Sabah” müntəzəm mövsümü birinci pilllədə başa vurub

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XVIII turuna start verilib. Oxu.Az-ın məlumatına görə, günün yeganə matçında “Sabah” və “Xəzri” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma “Sabah”ın qələbəsi ilə bitib – 77:65. Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran “Sabah” müntəzəm mövsümü birinci pillədə başa vuracaq. “Xəzri” hələlik 31 xalla ikincidir. Qeyd edək ki, turun […]