İdman

“Mançester Yunayted”dən qələbə, “Liverpul” liderlik şansını əldən verdi

Sharing is caring!




İngiltərə Premyer Liqasında növbəti turun oyunları baş tutub.

Çempionatın iddialı komandalarından “Nyukasl” səfərdə “Kristal Pelas”a uduzub – 2:0.

“Mançester Yunayted” doğma meydanda “Şeffild” üzərində inamlı qələbə qazanıb. Bruno Fernandes dublla yadda qalıb – 4:2.

“Liverpul” isə şəhər derbisində “Everton”a məğlub olub – 2:0. Bununla da Yurgen Klopun yetirmələri turnir cədvəlində ilk pilləyə qayıtmaq şanslarını əldən veriblər.

Hazırda “Liverpul” 74 xalla ikinci, “Mançester Yunayted” 53 xalla altıncı, “Nyukasl” isə 50 xalla yeddincidir. Çempionata 77 xalla “Arsenal” başçılıq edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir