İdman

Messi antirekorda imza atdı

“Barselona”nın hücumçusu Lionel Messi “Yuventus”la qarşılaşmada antirekorda imza atıb. Bu barədə Gazeta.ru məlumat yayıb. Belə ki, “Yuventus”a evində 3:0 hesabı ilə məğlub olan “Barsa”nın hücumçusu qarşılaşma ərzində qapıya 11 zərbə endirib. Lakin Messi qarşılaşmada nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalmadığı üçün sözügedən nəticə onun karyerasına antirekord kimi düşüb. Messi sonucu dəfə 2003-2004-cü […]

İdman

Püşk daha iki millimizin bəxtinə Lüksemburqu saldı

17 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə əsasən, U-17 millimiz 3-cü qrupda Belçika, Norveç və Lüksemburq komandaları ilə birgə mübarizə aparacaq. U-19 millimiz isə 8-ci qrupda İspaniya, Belçika və Lüksembuqla yarışacaq. Komandalarımızın oyunlarını hansı ölkədə keçirəcəyi və dəqiq hansı tarixdə keçirəcəyinə daha sonra aydınlıq gələcək. […]

İdman

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Azərbaycan boksuna ağır itki üz verib. Milli komandamızın sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında vəfat edib. Məmməd Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycanın əməkdar idman xadimi, Prezident təqaüdçüsü və “Tərəqqi” medalları ilə təltif olunub. Uzun illər (2001-2008-ci illər) […]

İdman

Avro-2020 azarkeşlərsiz keçirilə bilər

UEFA-nın Avro-2020-yə azarkeşlərin buraxılıb-buraxılmayacağı ilə bağlı qərarını nə vaxt açıqlayacağı bəlli olub. Bu barədə Avro-2020-nin təşkilat komitəsinin saytında məlumat yayılıb. “Avropa çempionatının hansı ssenari ilə keçiriləcəyi barədə qərar 2021-ci ilin martın 5-də qəbul ediləcək”, – deyə təşkilat komitəsindən bildirilib. Hazırda təşkilat dörd ssenarini müzakirə edir: stadionların tam doldurulması, 50-100 faiz azarkeş, 20-30 faiz azarkeş və […]

İdman

DÇ-2022-nin püşkü atıldı: Millimiz yenə Lüksemburqla düşdü

Bu gün Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə püşkü atılıb. Azərbaycan millisinin də rəqibləri bu onlayn püşkatma mərasimindən sonra bilinib. Komandamız beş komandalı qrupa düşüb. Millimiz UEFA Milllətlər Liqasında qalib gələ bilmədiyi Lüksemburqla yenə bir qrupa düşüb. Komandamız ilk dəfə İrlandiya ilə qarşılaşacaq. A qrupu – Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan B […]

İdman

Bu gün DÇ-2022-nin püşkü atılacaq

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2022) Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Əvvəldən də bəlli olduğu kimi, millimiz püşkatma zamanı 5-ci səbətdə yer alacaq. 1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Hollandiya; 2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya; 3-cü səbət: Rusiya, […]

İdman

2024-cü il Ümumdünya Şahmat Olimpiadası Budapeştdə baş tutacaq

2024-cü il Ümumdünya Şahmat Olimpiadasının ev sahibi olacaq şəhər məlum oldu. Bu, Macarıstanın paytaxtı Budapeştdir. Bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası açıqlayıb. Qeyd etmək lazımdır ki, Budapeşt Olimpiadaya ikinci dəfə ev sahibliyi edəcək. Birinci dəfə bu, 1926-cı ildə baş verib. Xatırladaq ki, Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Koronavirus pandemiyasına görə builki […]

İdman

2020-ci ilin rəmzi futbol komandası bəlli oldu

2020-ci ilin rəmzi komandası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən formalaşıb. Rəmzi on birliyə UEFA Çempionlar Liqasının son qalibi olan “Bavariya”dan beş futbolçu daxil olub. Ümumilikdə heyət belədir: Qapıçı: Manuel Noyer (Almaniya, “Bavariya”) Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə, “Liverpul”), Serxio Ramos (İspaniya, “Real Madrid”), Vircil van Deyk (Hollandiya, “Liverpul”), Alfondo Devis (Kanada, “Bavariya”) Yarımmüdafiəçilər: Coşua Kimmix (Almaniya, […]

İdman

Azərbaycan Premyer Liqasında “Qarabağ”ın oyunu da təxirə salındı

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Belə ki, “Qarabağ”ın heyətində yeddi futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün bu matç sabah baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək. […]