İdman

Minsk-2019: Yeddinci günün gündəliyi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının yeddinci günündə 9 idman növsü üzrə yarışlar keçiriləcək. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 5 növdə 24 dəst medal sahibini tapacaq. Kamandan oxatma, güləş (sərbəst və qadın), atıcılıq (stend və güllə), kanoe və kayaklarda avarçəkmə, velosiped idmanı (trek) növlərində qaliblər bilinəcək. Badminton, çimərlik futbolu, stolüstü tennis və […]

İdman

İspaniyanın “Atletiko” klubu tarixinin ən bahalı transferini razılaşdırıb

Portuqaliyanın “Benfika” klubu futbolçusu Joao Felişin transferinə razılıq verib. APA-nın məlumatına görə, 19 yaşlı portuqaliyalı hücumçu 126 milyon avroya İspaniyanın “Atletiko” klubuna keçəcək. Transferi yaxın günlərdə rəsmiləşəcək gənc forvard Madrid klubunun tarixində ən bahalı oyunçu olacaq. Futbolçunun özü isə yeni klubunda ildə 6 milyon avro qazanacaq. Qeyd edək ki, J.Feliş ötən mövsüm “Benfika”da keçirdiyi 43 […]

İdman

“Qarabağ” qələbə qazana bilməyib

Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib. APA-nın məlumatına görə, Ağdam təmsilçisi Avstriyada təlim-məşq toplanışında ikinci yoxlama görüşündə qüvvəsini sınayıb. Azərbaycan çempionu Rumıniyanın “Universitatya” (Krayova) klubu ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib. Qeyd edək ki, Avstriyadakı ilk yoxlama matçında “Lüdoqorets”ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olan “Qarabağ” iyunun 28-də “Ufa” (Rusiya), iyulun 2-də “Viktoriya” (Çexiya) […]

İdman

Qurban Qurbanov: “Daha yaxşı performans göstərəcəyik”

“Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq”. APA-nın məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan çempionunun baş məşqçisi Rumıniyanın “Universitatya” (Krayova) klubu ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “Üç gündən bir oynayırıq və futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan […]

İdman

Minsk-2019: Altıncı günün gündəliyi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları ekvator xəttini keçir. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, ümumilikdə 10 gün davam edəcək yarışın 6-cı günündə tamaşaçılar doqquz idman növü üzrə mübarizəyə şahid olacaq. Bunlardan beşində mükafatçılar bilinəcək. 16 dəst medal sahibini tapacaq. Azərbaycan yığmasının üzvləri də Minskdə qüvvələrini nümayiş etdirəcək. Böyük ümidlər bəslənən güləş komandamızın […]

İdman

Şəhriyar Məmmədyarov dünya və Avropa çempionlarına seans keçib

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Bakı Gənclər Mərkəzində seans keçirib. APA-nın məlumatına görə, seansda FİDE və beynəlxalq ustalar, həmçinin, 18 yaşadək dəfələrlə dünya, Avropa və Azərbaycan çempionları iştirak ediblər. Dörd saat davam edən təlimdə Murad İbrahimli, Xəzər Babazadə və kiçik yaşlı Rafael şahmatçı Bayramlı hərəyə 0,5 xal toplayıblar. Nəticədə seans 26,5:1,5 hesabı ilə yekunlaşıb.

İdman

Minsk-2019: Dördüncü günün gündəliyi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının dördüncü günündə 8 idman növü üzrə yarışlar keçiriləcək. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu növlərdən dördündə mükafatçılar bəlli olacaq. Basketbol, cüdo, gimnastikanın aerobika və batut, atıcılığın stend və güllə atıcılığı növlərində çempion və mükafatçılar bilinəcək. Kamandan oxatma, boks və stolüstü tennisdə mübarizə davam etdiriləcəksə, badmintonçular üçün […]

İdman

Argentina və Peru 1/4 finala yüksəlib

Braziliyada təşkil olunan Amerika kubokunda qrup mərhələsinin iki oyunu keçirilib. APA-nın məlumatına görə, baş tutan qarşılaşmalarla B qrupunda mübarizəyə yekun vurulub. Ardıcıl 3-cü qələbəsini Paraqvayla matçda qazanan Kolumbiya 1/4 finala itkisiz çıxıb. İlk qələbəsini əldə edən Argentina Qətərlə görüşdə qazanılan 3 xal hesabına ikinci yeri tutub. Argentina 1/4 finalda Venesuela ilə görüşəcək. Kolumbiya və Argentina […]

İdman

“Qarabağ” ispaniyalı futbolçu ilə 3 illik müqavilə imzalayıb

Ağdamın “Qarabağ” klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb. APA-nın məlumatına görə, Azərbaycan çempionu ispaniyalı futbolçu Xayme Romero Rodrigesi heyətinə cəlb edib. Legionerlə üç illik müqavilə imzalanıb. Yeni transfer komandada “9” nömrəli formayla çıxış edəcək. Karyerasına “Albasete”də başlayan 28 yaşlı futbolçu həmçinin “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo […]

İdman

Minsk-2019: Azərbaycan boksçusu ukraynalı rəqibinə qalib gəlib

Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə start verib. APA-nın Minskə ezam olunan əməkdaşının məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes 1/16 final qarşılaşmasını keçirib. Boksçumuz Stepan Hrekul (Ukrayna) ilə görüşüb. O, 3:0 hesabı ilə qalib gəlib. 1/8 finalda rəqibi Belarus təmsilçisi Mixail Dauhalyavets olacaq. Bu […]