İdman

Minsk-2019: Azərbaycan ilk “onluq”da qərarlaşıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ikinci yarış günündə 24 dəst medal sahibini tapıb. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 24 ölkə təmsilçiləri mükafatçılar sırasına düşməyi bacarıb. Bunlardan yalnız doqquzu qızıl medal sevinci yaşamağa müvəffəq olub. Siyahıya doqquzu qızıl olmaqla, 18 medal qazanan Rusiya başçılıq edir. Azərbaycan millisi bu gün 4 mükafat qazanıb. […]

İdman

Minsk-2019: Üçüncü günün gündəliyi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının üçüncü günü rekordla əlamətdar olacaq. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 10 gün davam edəcək yarışda ən çox medal məhz iyunun 23-də sahibini tapacaq. Gün ərzində 10 növ üzrə yarışlar baş tutacaq. 7 idman növü üzrə 37 dəst mükafat veriləcək. Azərbaycan idmançıları 6 növdə qüvvələrini sınayacaqlar. Boksçular […]

İdman

“Qarabağ” Bolqarıstan klubuna məğlub olub

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” yeni mövsümün hazırlıqları çərçivəsində ilk yoxlama oyununu keçirib. APA-nın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasına hazırlıq çərçivəsində Bolqarıstan təmsilçisi “Ludoqorets”lə qarşılaşıb. Görüş hər iki komandanın təlim-məşq toplanışında olduğu Avstriyada baş tutub. Hər hissədə bir qol vuran Bolqarıstan təmsilçisi klubu “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, Ağdam […]

İdman

Braziliya darmadağınla qrup qalibi olub

Braziliyada keçirilən Amerika kubokunda III tura start verilib. APA-nın məlumatına görə, baş tutan iki oyunla dörd komanda üçün qrup mərhələsinə yekun vurulub. Boliviyanı 3:1 hesabı ilə məğlub edən Venesuela 2-ci yerin sahibi kimi 1/4 finala adlayıb. Braziliya isə Perunu 5 cavabsız qolla darmadağın edib. “Sambaçılar” bu qələbə ilə qrup qalibi olublar. Amerika kuboku III tur, […]

İdman

Qurban Qurbanov: “Rəqibimiz kifayət qədər güclü idi”

“Normal oyun keçdi. Avstriyada ilk oyunumuz olmasına baxmayaraq, rəqibimizin bir az asan olmasını istərdik”. APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 47 yaşlı mütəxəssis Avstriya toplanışı çərçivəsində baş tutan “Lüdoqorets”lə (Bolqarıstan) yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Q.Qurbanov 0:2 hesablı məğlubiyyətə şərh verib: “Bugünkü rəqibimiz kifayət qədər güclü idi. Bu oyunun bizim üçün […]

İdman

Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunlarının buraxılış mərasimi keçirilib

Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, buraxılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, Ali Hərbi Məktəbin əməkdaşları, məzunların ailə üzvləri və digər şəxslər iştirak ediblər. Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və kursantların ifasında Dövlət himni səsləndirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikası […]

İdman

I Avropa Oyunlarında “Sülh məşəli” alovlandırılıb

II Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib. APA-nın Belarusa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbir paytaxt Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda təşkil olunub. Mərasimdə Azərbaycanı rəsmi şəxslərdən Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil ediblər. Milli komandamızın […]

İdman

Minsk-2019: İkinci günün gündəliyi

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, tamaşaçılar yarışın ikinci günündə 9 növ üzrə mübarizəyə şahid olacaqlar. İlk mükafatçıların müəyyənləşdiyi gündə 24 dəst medal sahibini tapacaq. Azərbaycan idmançıları 5 növdə – cüdo, boks, atıcılıq, sambo və gimnastikada qüvvələrini sınayacaqlar. Təmsilçilərimiz 1/16 final mərhələsi keçirilən boks istisna […]

İdman

Minsk-2019: Azərbaycan samboçularının rəqibləri müəyyənləşib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının püşkü atılıb. APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün start götürəcək samboçuların mübarizəsi iki gün davam edəcək. 18 dəst medal uğrunda mübarizə aparan idmançılar yarışa 1/4 finaldan başlayacaqlar. Azərbaycan Minsk-2019-da 6 kişi və 1 qadın samboçu ilə təmsil olunacaq. Təmsilçilərimizdən dördü yarışın ilk günü, […]

İdman

“Zirə” bundan əvvəl 12 komandada oynamış qapıçını transfer edib

Bakının “Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. APA-nın məlumatına görə, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanıb. Monteneqrolu əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib.