İdman

Qurban Qurbanov: “Rəqibimiz kifayət qədər güclü idi”

Sharing is caring!

“Normal oyun keçdi. Avstriyada ilk oyunumuz olmasına baxmayaraq, rəqibimizin bir az asan olmasını istərdik”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avstriya toplanışı çərçivəsində baş tutan “Lüdoqorets”lə (Bolqarıstan) yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Q.Qurbanov 0:2 hesablı məğlubiyyətə şərh verib: “Bugünkü rəqibimiz kifayət qədər güclü idi. Bu oyunun bizim üçün çox faydası olduğunu düşünürəm. Bəzi futbolçular 45, bəziləri 60 dəqiqə oynadılar. Abbas Hüseynov və Rahil Məmmədov 90 dəqiqə meydanda oldular. Komandamdan razı qaldım. Toplanışın ilk mikrotsiklini belə oyunla başa vurmaq bizim üçün faydalı oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir