Bakının “Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb.
30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanıb. Monteneqrolu əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib.