İdman

Futbol tarixinin ən yaxşı “11-liy”i açıqlandı

Fransanın məşhur “France Football” nəşri idman tarixinin ən yaxşı futbolçularından ibarət millinin heyətini dərc edib. “11-liy”in qapısını SSRİ millisinin qapıçısı Lev Yaşin qoruyur. Müdafiənin sağında braziliyalı Kafu, solunda italiyalı Paolo Maldini və mərkəzində almaniyalı Frants Bekkenbauer durur. Almaniyalı Lotar Mateus ispaniyalı Xavi Ernandes yarımmüdafiənin mərkəzində, braziliyalı Pele ilə argentinalı Dieqo Maradona hücumameyilli yarımmüdafiədə qərarlaşıb. Argentinalı […]

İdman

Bu gün Çempionlar Liqası və Avropa Liqasının püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqası və Avropa Liqasında müvafiq olaraq 1/8 və 1/16 final mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 15:00-da Çempionlar Liqasının, bundan bir saat sonra Avroliqanın onlayn püşkatması keçiriləcək. Artıq komandalar səbətlərə bölünüb. Çempionlar Liqası Səpələnmişlər səbəti: “Bayern”, “Borussiya” Dortmund (hər ikisi Almaniya), “Mançester Siti”, “Liverpul”, “Çelsi” (hər üçü İngiltərə), “Yuventus” (İtaliya), PSJ […]

İdman

Azərbaycan indi də idmanda Ermənistanı məğlub edir – VİDEO

Azərbaycan hərb meydanında olduğu kimi, indi də idman sahəsində Ermənistandan üstün olduğunu göstərir. Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan idmançıları artıq iki dəfə Ermənistandan olan həmkarlarından güclü olduğunu sübut edə bilib. Yunan-Roma güləşi üzrə yarışın gümüş medalçısı İslambəy Dadov 1/4 finalda sonradan bürünc medal qazanan, ötənilki dünya çempionatının mükafatçısı Slavik Qalstyana […]

İdman

Messi qol sayına görə Pelenin rekorduna çatır

“Barselona” futbol komandasının 33 yaşlı argentinalı hücumçusu Lionel Messi “Levante” (1:0) ilə La Liqanın 13-cü turunun matçında vurduğu qolla əlamətdar nailiyyətin təkrarlanmasının bir addımlığındadır. XəbərAl.az xəbər verir ki, bu barədə “Football Espana” bildirib. “Levante”nin qapısına vurulmuş qol “Barselona”nın argentinalı kapitanın karyerasında 642-ci olub. Bir sıra mənbələrin qeyd etdiyi kimi, bu məsələdə müxtəlif mübahisələrə baxmayaraq, Lionel […]

İdman

Güləş tarixində bir ilk: Hakimlər oyunları xüsusi baş geyimləri ilə idarə edir – VİDEO

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokuna hakimlər qeyri-ənənəvi üslubda çıxıblar. Azərbaycanı bu yarışda təmsil edən yeganə hakim Asif Şirəliyevin “Instagram”da paylaşımına görə, ədalət təmsilçiləri güləş döşəyi üzərinə xüsusi baş geyimləri ilə çıxıb. Qeyd edək ki, yeni qaydalara əsasən, koronavirus səbəbindən xalça hakimləri heç bir halda güləşçilərlə təmasda olmamalı, sosial məsafəni qorumalı və […]

İdman

Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb. Serbiyanın paytaxtı Belqradda keçirilən yarışın ilk günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb. Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi […]

İdman

Qırtımovun cəzası azaldılmadı

Apellyasiya Arbitraj Tribunalı klubların şikayətinə baxıb. Qurum konkret olaraq “Keşlə”, “Neftçi” və “Kəpəz”in şikayəti ilə bağlı qərarını açıqlayıb. Premyer Liqanın XI turunda “Sabah”la matçda ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün dörd oyunluq cəzalandırılan “Keşlə”nin müdafiəçisi İlkin Qırtımovun cəzası, eyni zamanda klubun 3200 manatlıq cəriməsi qüvvədə saxlanılıb. “Keşlə”dən fərqli olaraq, “Neftçi”nin apellyasiya […]

İdman

Futbol millimiz oyunlarını Lüksemburqda keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların məkanı müəyyənləşib. Komandamız matçlarını Lüksemburqda oynayacaq. U-19 yığmamız İspaniya, Belçika və Lüksemburqla birgə 8-ci qrupda mübarizə aparacaq. Qrup mərhələsinin görüşləri 2021-ci il 8-17 noyabr tarixlərində Lüksemburqda təşkil olunacaq.