İdman

Güləş tarixində bir ilk: Hakimlər oyunları xüsusi baş geyimləri ilə idarə edir – VİDEO

Sharing is caring!

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokuna hakimlər qeyri-ənənəvi üslubda çıxıblar.

Azərbaycanı bu yarışda təmsil edən yeganə hakim Asif Şirəliyevin “Instagram”da paylaşımına görə, ədalət təmsilçiləri güləş döşəyi üzərinə xüsusi baş geyimləri ilə çıxıb.

Qeyd edək ki, yeni qaydalara əsasən, koronavirus səbəbindən xalça hakimləri heç bir halda güləşçilərlə təmasda olmamalı, sosial məsafəni qorumalı və xüsusi qoruyucu maskalardan istifadə etməlidirlər.

Görüş başa çatdıqdan sonra qalib də ənənəvi formada elan olunmur. Belə ki, hansı trikodakı güləşçi qarşılaşmada qələbə qazanacaqsa, hakim həmin güləşçinin geyiminin rəngində olan qolçağı (sarğını) havaya qaldırır.

Bundan başqa, xalça kənarında yer tutan məşqçilərin də maskadan istifadə etməsi mütləq şərtdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir