İdman

Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

Sharing is caring!

Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.

Serbiyanın paytaxtı Belqradda keçirilən yarışın ilk günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub.

İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib.

Ülvü Qənizadə debütdə Fransa, Sənan Süleymanov Almaniya, İslam Abbasov isə Əlcəzair güləşçisinə məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir