İdman

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Sharing is caring!

Azərbaycan boksuna ağır itki üz verib. Milli komandamızın sabiq baş məşqçisi Məmməd Eyvazov 69 yaşında vəfat edib.

Məmməd Eyvazov 17 noyabr 1951-ci ildə dünyaya gəlib. O idman sahəsində fəaliyyəti müddətində Azərbaycanın əməkdar məşqçisi, fəxri bədən tərbiyəsi və idman işçisi, Azərbaycanın əməkdar idman xadimi, Prezident təqaüdçüsü və “Tərəqqi” medalları ilə təltif olunub.

Uzun illər (2001-2008-ci illər) Azərbaycanın boks üzrə milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında yığmamız dünya və Avropa çempionatlarından vətənə bir çox medallarla qayıdıb. M.Eyvazovun baş məşqçisi olduğu komanda Afina-2004 Yay Olimpiya Oyunlarından vətənə iki bürünc medal gətirib.

Qeyd edək ki, Məmməd Eyvazov bir neçə il Türkiyədə çalışıb və onun rəhbərliyi altında tələbəsi Malik Bəyləroğlu 1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında Türkiyə adına gümüş medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir