Dünya

Tramp: “Bayden qanunsuz olaraq prezidentliyini iddia etməməlidir”

ABŞ-ın hazırkı prezidenti Donald Tramp Demokratların namizədi Co Baydenin seçkilərdə qalib gəlməsi barədə “qanunsuz” danışmamalı olduğunu bildirib. Xəbəral.az xəbər verir ki, bu barədə amerikalı lider özünün “Twitter” səhifəsində yazıb. Dövlət başçısı məhkəmə proseslərinin yenicə başladığını da qeyd edib. “Co Bayden qanunsuz olaraq prezidentliyini iddia etməməlidir. Mən də bunu edə bilərdim. Məhkəmə işləri hələ təzə başlayır!” […]

Dünya

Aİ Lukaşenkoya sanksiya tətbiq etdi

Avropa İttifaqı Belarus Prezidenti Aleksandr Lukaşenkoya sanksiya tətbiq edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Qara siyahıya A.Lukaşenko ilə yanaşı daha 14 Belarus rəsmisi daxil edilib. Onların Avropadakı aktivləri dondurulacaq, Aİ ərazisinə girişi qadağan ediləcək. Sanksiyalar həmçinin ölkə başçısının oğlu Viktor Lukaşenkoya da şamil edilib.

Dünya

ÜST bəşəriyyəti yeni pandemiyaya hazırlaşmağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa çağırıb. Bu barədə təşkilatın Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası ərəfəsində yayımlanan bəyanatında deyilir. Qeyd olunur ki, yeni pandemiyaya hazırlıq məsələsi Assambleyanın sessiyasında müzakirə olunacaq əsas mövzulardan olacaq: “Biz son bir il ərzində gördük ki, möhkəm səhiyyə infrastrukturuna malik ölkələr SARS-CoV-2 virusunun yayılmasına nəzarətin və bunun qarşısının […]

Dünya

Ukrayna Rusiyanın Krımdakı Qara dəniz donanmasına “gözlənilməz zərbə” təlimlərinə başladı

Dünən Ukrayna Silahlı Qüvvələri Milli Qvardiya və Sərhəd Xidməti ilə birlikdə Krım sərhədləri yaxınlarında hərbi təlimlərə başlayıb. “Politnavigator” nəşri xəbər verir ki, təlimlər əvvəlcədən planlaşdırılmamış, anidən keçirilməsinə qərar verilmişdir. Məlumata görə, hərbi təlimlərin əsas ssenarisi, Ukrayna Ordusunun diversiya qruplarının Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının 22-ci Ordu Korpusunun əsas hərbi obyektlərinə gözlənilmədən “zərbələrini” nəzərdə […]

Dünya

Tramp seçkilərdə kütləvi saxtakarlıqların olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp noyabrın 3-də prezident seçkilərində kütləvi saxtakarlıqların olduğunu bildirib. Bu barədə D.Tramp Ağ Evdə çıxışı zamanı deyib. O bildirib ki, səs sayımında bir sıra pozuntuların olduğunu bəyan edib. Qeyd edək ki, ötən gün ABŞ prezidenti öz “Twitter” səhifəsində səs sayımınını dayandırılmasını tələb etmişdi. Bundan başqa, bəzi bölgələrdə seçki prosesi ilə əlaqədar məhkəmə […]

Dünya

ABŞ-da prezident seçkisinin nəticəsi bir neçə ştatdan asılıdır

ABŞ-da prezident seçkisinin yekun nəticəsi bir neçə ştatda səslərin sayılması ilə bağlı ləngiyir. Hazırkı prezident Donald Trump və demokrat namizəd Joe Biden-in göstəriciləri hələlik çox yaxındır. Bir gün əvvəl Miçiqan və Viskonsində qələbəsi gözlənilən Biden noyabrın 5-də Trump-dan irəlidə idi. Joe Biden ABŞ seçkisinin qalibi olmaq üçün daha 17 seçki kollegiyası səsini toplamalıdır. Bu ona […]

Dünya

Makron Kanadanın baş naziri ilə Qarabağı müzakirə ediblər

Fransa prezidenti Emanuel Makronla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub. Bu barədə  Kanada hökuməti başçısının mətbuat xidməti məlumat verir. Qeyd olunub ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bundan başqa, iki ölkə arasında mövcud vəziyyət və pandemiyaya qarşı mübarizə diqqət mərkəzində olub.

Dünya

ABŞ-da prezident seçkilərində səslər sayılır – FOTO

Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən prezident seçkilərində səslərin sayılması davam edir. “RİA Novosti” qalan sayımla bağlı son statistikanı təqdim edib. Beləliklə: Pensilvaniyada 5% ( hələlik Tramp 49,6%,  Bayden 49,3%) Corciya 1% (Hələlik Tramp 49,4%,  Bayden 49,4%) Şimali Karolina 6% (Hələlik Tramp 50,1%, Bayden 48,7%) Nevada 16% (Hələlik Tramp 48,5%, Bayden 49,4%) Baydenə qələbə üçün 6 […]

Dünya

Ekspertlər Trampın seçkilərdə məğlub olacağı təqdirdə nə edəcəyini proqnozlaşdırdı

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində Cozef Baydenə məğlub olarsa rəqibini və mətbuatı tənqid etmək üçün paralel hökumət yarada bilər. Life.ru-nun məlumatına görə, “Axios” portalının mütəxəssisləri belə bir proqnozla çıxış ediblər. Bildirilib ki, seçkilərdə mümkün məğlubiyyət Trampın Respublikaçılar Partiyasında mövqeyinə təsir etməyəcək və o 2024-cü ildə yenidən Ağ Evin başçısı kürsüsü uğrunda yarışa bilər. “Tramp, əslində partiyanı […]

Dünya

Virusoloq “dinc koronavirus” barədə proqnoz verdi

Bir neçə ildən sonra koronavirus artıq bəşəriyyət üçün təhlükə yaratmayacaq. “Qazeta”nın məlumatına görə, bu barədə Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin professoru, virusoloq Anatoli Altşteyn bildirib. Rusiyalı alim virusun daşıyıcısının ölümündən heç bir fayda görmədiyini və adətən ölümə səbəb olmayan ştammların çoxaldığını izah edib. “Beləliklə, virusun yoluxuculuğu arta bilər, patogen xüsusiyyətləri isə […]