Dünya

Təyyarə qəzası 7 can aldı

Paraqvayda təyyarə qəzası baş verib. XəbərAl.az xəbər verir ki,  hadisə nəticəsində hərbi  təyyarədə olan 7 nəfər həyatını itirib. Ağır yaralanan 19 yaşlı şəxs isə xəstəxanaya yerləşdirilib. Qəzanın hansı səbəblə baş verdiyi hələ ki açıqlanmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Dünya

Baş nazirdən qeyri-adi paylaşım – Foto

Danimarka Baş naziri Mette Frederiksen həftə sonu sosial şəbəkə hesabında izləyiciləri ilə evini təmizlədiyi anları paylaşdıqdan sonra ölkənin gündəminə çevrilib. XəbərAl.az xəbər verir ki, Frederiksen paylaşdığı fotonun altına “Həftə sonu qış günəşi” notunu qeyd edib. Həmçinin Baş nazir həftə sonunu evində keçirdiyini və uzun müddət evini təmizlənməyə vaxt tapa bilmədiyini ifadə edib: “Son bir neçə ayda […]

Dünya

ATƏT PA-nın qış sessiyasının vaxtı açıqlandı

ATƏT Parlament Assambleyası (PA) 2021-ci il qış sessiyasının keçiriləcəyi tarixləri açıqlayıb. XəbərAl.az xəbər verir ki, sessiya fevralın 24-dən 26-dək virtual formatda keçiriləcək. Qeyd olunub ki, qış sessiyası Daimi komitənin, bütün Ümumi komitələrin iclaslarından və üç Ümumi komitənin birgə iclasından ibarət olacaq.

Dünya

Rusiya, İran və Çin birgə hərbi təlim keçirəcək

Fevralın ortalarında Rusiya, İran və Çin hərbi dəniz qüvvələrinin Hind okeanında növbəti hərbi təlimi keçiriləcək. XəbərAl.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu plan barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildririb. Onun sözlərinə görə, təlim 2021-ci il fevralın ortalarında Hind okeanının şimal hissəsində keçiriləcək. Qeyd edək ki, 2019-cu il dekabrın sonunda Rusiya, İran və Çinin […]

Dünya

Sülhməramlıların helikopteri qəzaya düşdü

Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri ölkə paytaxtı Moqadişo şəhərindən 90 kilometr şimal şərqdə qəzaya uğrayıb. XəbərAl.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Afrika İttifaqının rəhbərliyi özünün rəsmi portalında açıqlama verib. “Helikopter fevralın 5-i Balidoqle bazasından havaya qalxdıqdan həmən sonra qəzaya uğrayıb. Helikopter qoşunlara dəstək vəzifəsini yerinə yetirirdi. Helikopterdə olan 4 nəfər xilas edilib, […]

Dünya

Çinin kəşfiyyat cihazından Marsın ilk görüntüsü – FOTO

Çinin “Tianwen-1” kosmik kəşfiyyat cihazı çəkdiyi Marsın ilk fotolarını Milli Kosmos İdarəsinə göndərib. Bu barədə “Hürriyet” yazıb. Sözügedən foto Marsa 2.2 milyon kilometr məsafədən çəkilib. Orbitdə təxminən 197 gün səyahət edən və 465 milyon kilometr məsafə qət edən kəşfiyyat cihazı hazırda dünyadan 184, Marsdan isə 1.1 milyon kilometr məsafədə qərarlaşıb.  

Dünya

Gürcüstan quru sərhədlərini açır

“Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb, həmçinin ölkəyə giriş rejimini də sadələşdirib”. XəbərAl.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala müsahibəsində deyib. Nazir bildirib ki, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ilkin mərhələdə görülən tədbirlər kifayət qədərdir: “Növbəti mərhələ quru sərhədlər barədə düşünməkdir. Lakin […]

Dünya

Bu marketdə müştərilərdən maska taxmamaq tələb olunur

Koronavirusla mübarizə çərçivəsində ölkələr sərt təbrirlər almağa davam edərkən ABŞ-da bir supermarket atdığı addımla gündəm olub. XəbərAl.az xəbər verir ki, Florida ştatında yerləşən “Oakes Farms” adlı market virusa qarşı tətbiq olunan qadağalara etiraz edib. Bu səbəblə rəhbərlik marketə girən şəxslərdən maska taxmamalarını tələb edib. Supermarketin içindəki lövhədə heç kimin maska taxmağa məcbur edilməyəcəyi ilə bağlı […]

Dünya

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən görüntülər – FOTO

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşkəsin dayandırılması rejiminə nəzarət vəzifələrinin icrasını davam etdirir.   Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rəsmi məlumatda qeyd olunur ki, rusiyalı hərbçilər atəşkəs rejimini “Forpost” və “Orlan-10” pilotsuz uçuş aparatlarının vasitəsi ilə izləyir. Rəsmi informasiyada bildirilir ki, birgə monitorinq mərkəzinin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı […]

Dünya

TTV Azərbaycanla əməkdaşlıq etmək istəyir

“Türkiyə Texnologiya Vəqfi (TTV) olaraq texnofestival çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyirik”. XəbərAl.az xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar deyib. “Yaxın zamanlarda Azərbaycanla bu məsələdə təmaslarımız olacaq”, – o vurğulayıb. Texnofestivaldan danışan S.Bayraqdar bildirib ki, məqsəd Türkiyənin texnologiyanı xaricdən almasını deyil, öz texnologiyasını istehsal etməsini […]