Dünya

Bu marketdə müştərilərdən maska taxmamaq tələb olunur

Sharing is caring!

Koronavirusla mübarizə çərçivəsində ölkələr sərt təbrirlər almağa davam edərkən ABŞ-da bir supermarket atdığı addımla gündəm olub.

XəbərAl.az xəbər verir ki, Florida ştatında yerləşən “Oakes Farms” adlı market virusa qarşı tətbiq olunan qadağalara etiraz edib. Bu səbəblə rəhbərlik marketə girən şəxslərdən maska taxmamalarını tələb edib. Supermarketin içindəki lövhədə heç kimin maska taxmağa məcbur edilməyəcəyi ilə bağlı ifadəyə yer verilib. COVID-19 məhdudiyyətlərindən qaçınmaq və sosial məsafə qaydalarına tabe olmamaq üçün hər yolu sınayan market işçiləri və müştərilərin hərəkətləri sosial mediada narazılığa səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir