Dünya

Baş nazirdən qeyri-adi paylaşım – Foto

Sharing is caring!

Danimarka Baş naziri Mette Frederiksen həftə sonu sosial şəbəkə hesabında izləyiciləri ilə evini təmizlədiyi anları paylaşdıqdan sonra ölkənin gündəminə çevrilib.

XəbərAl.az xəbər verir ki, Frederiksen paylaşdığı fotonun altına “Həftə sonu qış günəşi” notunu qeyd edib. Həmçinin Baş nazir həftə sonunu evində keçirdiyini və uzun müddət evini təmizlənməyə vaxt tapa bilmədiyini ifadə edib:

“Son bir neçə ayda evi təmizləmək üçün çox vaxtım olmayııb. Hər kəsə xoşbəxt bir bazar günü arzulayıram”.

2019-cu ildən Baş nazir postunu tutan Frederiksen sosial şəbəkədəki izləyiciləri və pərəstişkarları tərəfindən pozitiv paylaşımları olan gülərüzlü biri kimi tanınır.

Baş nazirdən qeyri-adi paylaşım -  Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir