Dünya

Ukrayna Rusiyanın Krımdakı Qara dəniz donanmasına “gözlənilməz zərbə” təlimlərinə başladı

Sharing is caring!

Dünən Ukrayna Silahlı Qüvvələri Milli Qvardiya və Sərhəd Xidməti ilə birlikdə Krım sərhədləri yaxınlarında hərbi təlimlərə başlayıb.
“Politnavigator” nəşri xəbər verir ki, təlimlər əvvəlcədən planlaşdırılmamış, anidən keçirilməsinə qərar verilmişdir.

Məlumata görə, hərbi təlimlərin əsas ssenarisi, Ukrayna Ordusunun diversiya qruplarının Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının 22-ci Ordu Korpusunun əsas hərbi obyektlərinə gözlənilmədən “zərbələrini” nəzərdə tutur: uçuş zolaqlarının sıradan çıxarılması, rabitə mərkəzlərinin, qərargahların və silah anbarlarının məhv edilməsi və s. kimi məqsədlərin üzərində çalışılır.

Ukrayna Silahlı Qüvvələrinin hərbi təlimlərinin komandiri general-leytenant Sergey Naev “növbədənkənar məşq”ləri şəhr edərkən deyib: “Hazırladığımız diversiya qrupu təlimlərdən sonra Krımın sərhədlərində qalmaq niyyətindədir”.

Mütəxəssislər Azərbaycan ordusunun Dağlıq Qarabağda başlatdığı işğal olunmuş ərazilərin xilasetmə əməliyyatından sonra Ukrayna və Gürcüstanda da bənzər proseslərin biləcəyi qənaətindədirlər. Onların fikrincə, Xəzər-Qara dəniz hövzəsindəki dövlətlərin işğal edilmiş ərazilərindəki status-kvo bölgənin Rusiyanın təsir dairəsində qalmasını möhkəmləndirir və Qərbə inteqrasiyasının qarşısını alır. Bu isə Şərqə genişlənmək xəttini tutmuş Transatlantik qüvvələrin maraqlarına ziddir və sözügedən coğrafiyaların ərazi bütövlüyü uğrunda mübarizəsi yoluyla Rusiyanın mərkəzə sıxışdırılması qlobal zərurətə çevrilib.

ABŞ-da prezident seçkiləri sonrası hakimiyyətə gələcəyi təxmin edilən Co Baydenin hakimiyyəti zamanında Ukraynanın Krımı geri qaytarma mübarizəsinə start veriləcəyi güman olunur. Baydenin indiyədək bir çox açıqlamalarında rəsmi Kiyevi açıq şəkildə dəstəkləməsi də bu ehtimalı gücləndirir. Ukraynada seçkilərdən cəmi iki gün sonra hərbi təlimlərə başlanılması bu mənada təəccüblü görünmür. Xatırladaq ki, Azərbaycanda Dağlıq Qarabağdakı son döyüşlərdən qabaq ciddi hərbi təlimlər keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir