Cəmiyyət

Bir yaşlı övladını zəhərləyib öldürməkdə təqsirləndirilən qadının ittihamı ağırlaşdırıldı

1 yaşlı övladının yeməyinə zəhər qataraq öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, istintaq dövründə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin daha ağır – 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsinə tövsif olunub. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Toplanmış […]

Cəmiyyət

İspandilli ölkələrin mətbuatında İberoamerika Düşüncə Mərkəzi barədə məlumat dərc edilib – FOTO/VİDEO

Nikaraquanın aparıcı televiziyalardan biri olan “Globo TV Nicaragua” Qafqaz – İberoamerika Düşüncə Mərkəzi haqqında material hazırlayıb.  Bu barədə Oxu.Az-a Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov məlumat verib. Müsahibə zamanı Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin fəaliyyəti haqqında danışılıb.  Mərkəzin əsas vəzifələrindən birinin məhz ispandilli ölkələrin düşüncə mərkəzləri ilə əməkdaşlıq olduğu diqqətə çatdırılıb və Azərbaycan reallıqları haqqında genish məlumat verilib. […]

Cəmiyyət

DTX: “Terror aktının törədiləcəyi barədə yanlış məlumat yayan şəxs müəyyən olunaraq saxlanılıb” – VİDEO

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının […]

Cəmiyyət

Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 noyabr tarixli 1888 nömrəli Fərmanına əsasən edilib. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.7.3-cü yarımbəndinə edilən dəyişikliyə əsasən “Azərbaycan dili” fənnindən fəlsəfə doktoru […]

Cəmiyyət

Bakıda ağacların dibi betondan təmizləndi – YENİLƏNİB + FOTO

Nizami rayonu, Nəsimi küçəsində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Xidmət rəsmisi Qafar Ağayev Oxu.Az-a bildirib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti altında Nizami rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sözügedən ağacın kök hissəsi beton örtükdən təmizlənib və ona aqrotexniki xidmət […]

Cəmiyyət

Ukraynanın yeni azad etdiyi ərazilər – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Silahlı insident zamanı yaralanan Tamerlanın qardaşı nələr danışdı? Türkiyədə Prezident və parlament seçkilərinin vaxtı açıqlandı. Gürcüstan parlamenti qərar verdi. “Xarici agentlər” haqqında qanun layihəsi niyə rədd edildi? Ermənistanda məktəbliləri daşıyan avtobus çaya aşdı. Ölən və yaralananlar var. Daha ətraflı Baku News-un 20:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Psixologiya Elmi Tədqiqat İnstitutu: “Aqressiyanın ölçülməsinə dair testlər ölkə mühitinə adaptasiya edilir”

“Bu gün ölkədə tətbiq edilən bəzi psixoloji testlər tərcümə olunsa da, adaptasiya olunmayıb və ona görə də aldığımız nəticənin doğruluğu müəyyən qədər sual doğurur. İkinci bir tərəfdən, əgər biz beynəlxalq indeksli jurnallarda məqalələrimizin çapını istəyiriksə, bu araşdırmaçılar məqalə yazarkən testdən istifadə etməlidirlər. Ancaq bu test gərək adaptasiya olunsun ki, sabah ondan ölkə daxilində, cəmiyyətdə aktual […]

Cəmiyyət

Dini Komitə: “Məşədi Dadaş” məscidinə din xadimi təyin olunmayıb”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə rəsmi din xadimi təyin olunmayıb”. Bu barədə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda xatırladılıb ki, “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Hüquqi […]

Cəmiyyət

Hacı Şahinin ölümü qətl ola bilərmi? – Həmid Həmidovun budəfəki qonağı dinşünas Elçin Əsgərov oldu – VİDEO

Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında abunəçilərə daha bir video müsahibə təqdim edib. Ənənəvi cümə podkastının qonağı dinşünas Elçin Əsgərov olub. Söhbət əsnasında Azərbaycanda neçə dini qurumun olduğunu və ölkədə kimlərin – şiələr, yoxsa sünnilərin daha çox olmasından söhbət açılıb, Hacı Şahinin vəfatına toxunulub, həmçinin vəhhabilər, gülənçilər, nurçular və s.  barədə danışılıb.   Xeberal.az