Cəmiyyət

Bakıda ağacların dibi betondan təmizləndi – YENİLƏNİB + FOTO

Sharing is caring!

Nizami rayonu, Nəsimi küçəsində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev Oxu.Az-a bildirib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti altında Nizami rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sözügedən ağacın kök hissəsi beton örtükdən təmizlənib və ona aqrotexniki xidmət göstərilib:

“Gələcəkdə belə hallara yol verilməməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə  müraciət olunub”.

Q. Ağayev onu da qeyd edib ki, Xətai rayonu, Ukrayna dairəsindəki ağacların dibinin asfaltdan təmizlənməsi və onlara  aqrotexniki xidmətin göstərilməsi məqsədilə isə Xətai Rayon İcra Hakimiyyətinə müraciət olunub.

16:32

Bakıda ağacların dibi betonlanıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, paytaxtın Nizami rayonu, Nəsimi küçəsində, eləcə də Xətai rayonu, Ukrayna dairəsi ətrafında ağacların dibi betonlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir