Cəmiyyət

Bakı-Ağstafa sürətli qatar marşrutu üzrə əlavə reys təyin edilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 və 19 mart tarixlərində əlavə reys təyin edir. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. Belə ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, […]

Cəmiyyət

Bakıda bu qədər silah haradandır? – Artan kriminal hallarla bağlı polis rəisindən AÇIQLAMA + FOTO

Azərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur. Bu da İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə bağlıdır. Bu fikirləri Bakupost.az-a sabiq polis rəisi, polkovnik Əlövsət Əliyev bildirib. Onun sözlərinə görə, müharibə şəraitindən istifadə edərək, qanunsuz yollarla odlu silah əldə edən şəxslər onları cinayətkarlara satırlar. Qeyri-qanuni […]

Cəmiyyət

191 000 AZN-dən imtina edən mülk sahibinin sökülən evindən FOTOREPORTAJ

Paytaxtın Sabunçu qəsəbəsi, Asif Əsədullayev, 30 ünvanında vaxtilə 30 ailə yaşayıb. Onlardan 29-na kompensasiya verilərək köçürülüb. Lakin sökülən evlərdən birinin sahibi tikinti şirkəti tərəfindən ona təqdim edilən şərtlərdən imtina edib. Hazırda ərazidə tək evi qalan sahib ancaq ev istəyir, lakin ona qanunauyğun sahədə ev vermirlər. Belə ki, onun 191 kvadratmetrlik evinin müqabilində şirkət ona 180 […]

Cəmiyyət

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir

Bakı şəhəri üzrə 17 avtobusun hərəkət sxemi üç günlük dəyişdiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.  Belə ki, martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik […]

Cəmiyyət

Naxçıvanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib – FOTO

Martın 11-də Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri, eyni zamanda ekologiya könüllüləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarındakı 2 hektar […]

Cəmiyyət

Biləsuvarda qəza: Xəsarət alanlar var – FOTO

Bu gün günorta saatlarında Biləsuvar rayon Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Qafqazinfo”nun məlumatına görə, qəza zamanı sərnişin mikroavtobusu ilə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yoldan çıxıb. Hər iki maşına müxtəlif dərəcəli ziyan dəyib. Hadisə zamanı ölən olmayıb, xəsarət alanların olduğu bildirilir. Əlavə məlumat veriləcək. Xeberal.az

Cəmiyyət

“Sehrli xalat” filminin qəhrəmanları inklüziv mərkəzdə – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Film həftəsi” layihəsinə start verilib. Bu silsilədən ilk olaraq “Sehrli xalat” filmi nümayiş etdirilib. Təqdimatdan əvvəl tamaşaçılara rejissor Əlisəttar Atakişiyevin 1964-cü ildə ekranlaşdırdığı filmə dair maraqlı məlumatlar çatdırılıb. Ekran əsərində Eldar obrazını canlandırmış Yusif Şeyxov çəkiliş prosesi zamanı yaddaqalan əhvalatları, tərəf müqabilləri ilə […]

Cəmiyyət

Məhkəmə sistemində yeni üsul tətbiq ediləcək – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. İran təyyarəsi Azərbaycanla sərhəddə təxribat törədib. Səfir Xarici İşlər Nazirliyinə çağırılıb. Məhkəmə sistemində tətbiq ediləcək yeni üsul. Cinayəti süni zəka araşdıracaq? Paytaxt qəsəbələrində polisdən genişmiqyaslı əməliyyat. 7 nəfər nə üstündə saxlanılıb? Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

TƏBİB bonusdan narazı həkimlə əlaqə saxlayıb – DETALLAR

İcbari Tibbi Sığorta xətti ilə həkimlərə edilən ödənişlər günün mövzusudur. Həkimlər sosial şəbəkələrdə bununla bağlı müzakirələr açıb, öz etirazlarını faktların dili ilə ifadə edirlər. TƏBİB-in iş prinsipindən narazı qalan həkimlərdən biri də Elsevər Kərimovdur. O qoşulduğu müzakirədə təəssüflə qeyd edib ki, 2022-ci ilin noyabr ayında 811 nəfər xəstəni müayinə etmişəm: “Bunun əvəzində mənə 734 manat pul […]

Cəmiyyət

Su qıtlığı varsa, qiymət niyə ARTIRILIR? – Tariflərdəki TƏZADLAR

Azərbaycanda suyun qiymətinin yenidən artırılması təklif olunur. Rəsmi qurumlar suyun 1 000 kubmetrinin qiymətinin dövlətə 70-80 manata başa gəldiyini və rentabelli fəaliyyət göstərə bilmədiklərini əsas gətirərək, tariflərin bahalaşmasını məqbul sayırlar. Rəsmi qurumun bildirdiyinə görə, inkişaf etmiş və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Öncə bir hesab aparaq. Əgər rəsmi olaraq elan edilirsə ki, […]