Cəmiyyət

Hatayda yerləşən Koordinasiya Mərkəzində toplantı keçirilib – FOTO

Hatayda yerləşən Koordinasiya Mərkəzində toplantı keçirilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu bu gün Hatay bölgəsinə göndərilib. Bu çərçivədə, […]

Cəmiyyət

Məşhur rəssamın əsərləri ölkədən necə çıxarıldı? – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Nikol Paşinyan Münhen Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak etməyəcək. Məşhur rəssamın əsərləri ölkədən necə çıxarıldı? Milli Məclisdə Səttar Bəhlulzadə ilə bağlı məsələ müzakirə olundu.  Yardım apardığı avtomobili ilə məşhurlaşan sürücüyə dəyərli hədiyyə. Avtomobilin açarları Sərvərin atasına təqdim edildi. Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Naxçıvanda yaşayış binasında baş vermiş yanğın söndürülüb – YENİLƏNİB + VİDEO

Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb. “Report”un yerli bürosu xəbər verir ki, hazırda binada soyutma işləri aparılır. 16:24 Naxçıvan şəhərində altımərtəbəli yaşayış binası yanır. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.  Yanğın şəhərin 3-cü mikrorayon ərazisində, Naxçıvan Universitetinin yaxınlığında baş verib. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Xeberal.az

Cəmiyyət

Azərbaycanda daha 28 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 828 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 090 nəfər müalicə olunaraq sağalıb, […]

Cəmiyyət

Sabunçuda silsilə oğurluqlar edən şəxslər saxlanıldılar – FOTO/VİDEO

Sabunçu rayonunda bağ evlərindən və metal qəbulu məntəqəsindən silsilə oğurluqlar edən 5 nəfər saxlanılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri – Qalib Hüseynov, Heybət Həsənov və […]

Cəmiyyət

Təhlükəsizlik qaydalarını pozmuş kiçikhəcmli gəmi istifadəçiləri cəzalandırıldılar – FOTO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir. Bununla bağlı FHN-dən məlumat verilib. Növbəti nəzarət tədbirləri Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları ilə birgə keçirilib. Tədbir “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su […]

Cəmiyyət

“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin ailəsinin borcunu bağlayıb – VİDEO

“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin ailəsinin borcunu bağlayıb. Bu barədə Oxu.Az-a Fonddan məlumat verilib. Bildirilib ki, Vətən müharibəsinə yollanan, Ağdərədə şəhidlik zirvəsinə ucalan, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Atiq İbrahimovun ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb və borc öhdəlikləri qarşılanıb. […]

Cəmiyyət

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyində yoxlamalar aparılır – VİDEO

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb. Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı APA-nın yerli bürosuna təsdiq edib. O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır. Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 […]

Cəmiyyət

Şuşada silah-sursat aşkar edilib – VİDEO

Şuşada silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib. Tapılan 1 “İqla” hava hücumundan müdafiə sistemi, 1 “Faqot” tank əleyhinə  sistem, 1 avtomat, 1 tüfəng, 9 müxtəlif növ əl qumbarası, 45 […]

Cəmiyyət

DİN: “Zaqatalada itlərin zəhərləndirilərək öldürülməsi ilə bağlı araşdırmalar aparılır” – VİDEO

Zaqatalada itlərin zəhərləndirilərək öldürülməsi ilə bağlı araşdırmalar aparılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Zaqatala rayonunda itlərin kütləvi zəhərlənməsi ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb. Baytar həkimin iştirakı ilə itlərdən nümunələr […]