Cəmiyyət

FHN: Ötən sutka 49 yanğına çıxış olub, 11 nəfər xilas edilib

Ötən sutka ölkə ərazisində 49 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 11 nəfər, o […]

Cəmiyyət

MM-in komitə sədri: “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq işlədilməyəcək”

“Bu gün Azərbaycanda uşaqlar, ailələrlə bağlı güclü dövlət siyasəti var”. “Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib. O bildirib ki, autizmli uşaqların cəmiyyət həyatında fəal iştirak etməsi vacibdir: “Autizmli uşaqların gələcəyinə inanıram. […]

Cəmiyyət

Azərbaycanda dəmiryolu xəttində təhlükəli vəziyyət – VİDEO

Azərbaycanda dəmiryolu xəttinin üstündə təhlükəli vəziyyət yaranıb.  Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.  Belə ki, dəmiryolu xəttinin üstündə piyada keçidi inşa edilib.  Sözügedən keçid tikilən zaman ərazidən keçən elektrik xətti nəzərə alınmayıb. Nəticədə insanların həyatı üçün təhlükə yaranıb.  Xeberal.az

Cəmiyyət

TƏBİB rəhbərinin müavini: “Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb”

“Fərqliliyi olan insanların rifahının gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir”. “Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli fərdlər” Konqresinin açılış mərasimində deyib. O bildirib ki, son illərdə reabilitasiya sahəsində ciddi uğurlar əldə olunub: “Ölkəmizdə reabilitasiya xidmətlərinin effektiv və […]

Cəmiyyət

Nazir müavini: “Autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik”

“Biz ələ-ələ verib autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik”. “Report” xəbər verir ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib. “Autizm problemi nə qədər erkən aşkarlanarsa, onların cəmiyyətə inteqrasiyası bir o qədər sürətli olur”, – deyə nazir müavini vurğulayıb. Onun […]

Cəmiyyət

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə martın 10-da saat 22 radələrində şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb. Belə ki, Ağcabədi şəhər sakini, 1997-ci il təvəllüdlü Rövşənoğlu Fəqan Rövşən oğlu idarə etdiyi “Hyundai” markalı avtomobilində idarəetməni itirərək yolu piyada keçmək istəyən Axundov Əliş Ələkbər oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində […]

Cəmiyyət

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb

Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə martın 9-da şəhər ərazisində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızı yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır. […]

Cəmiyyət

Bakı-Sumqayıt yolunda ölümsaçan qanunsuz sərnişindaşıma: Çıxış yolu nədir? – FOTO/VİDEO

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisələri ildən-ilə daha dəhşətli hal alır. Demək olar ki, iki gündən bir Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verir. Ölüm halları da kifayət qədər çox olur. Elə çox uzağa getməyək, iki gün əvvəl Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobusun törətdiyi qəzada 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu tip sərnişindaşıma ilə məşğul […]

Cəmiyyət

BDYPİ hava şəraiti ilə bağlı müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib. BDYPİ-nin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır. “Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real […]

Cəmiyyət

Prezident Emmanuel Makron gecə klubunda əylənir – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Baku TV Rusiya ilə Ukrayna Ordusu arasındakı təmas xəttində. Sakinlərin başına bomba yağdırılan kənddə vəziyyət necədir? Fransada haqları pozulan minlərlə vətəndaş etiraz edir. Prezident Emmanuel Makron isə gecə klubunda əylənir. Dəfələrlə bədbəxt hadisələrə səbəb olan taxta körpü təhlükə saçmaqda davam edir. Qubalı sakinlər əlacsız vəziyyətdə qalıblar. Daha ətraflı BAKU NEWS-un […]