Cəmiyyət

Nazir müavini: “Autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik”

Sharing is caring!

“Biz ələ-ələ verib autizm probleminin həllində daha mühüm nəticələrə nail ola bilərik”.

“Report” xəbər verir ki, səhiyyə nazirinin müavini Nadir Zeynalov xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

“Autizm problemi nə qədər erkən aşkarlanarsa, onların cəmiyyətə inteqrasiyası bir o qədər sürətli olur”, – deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, zəruri müdaxilələr vaxtında həyata keçirilməlidir ki, uşaqların cəmiyyətə inteqrasiyası sürətli olsun:

“Belə uşaqların cəmiyyətə inteqrasiyası inklüzivlik qaydası ilə həyata keçirilir”.

Nazir müavini qeyd edib ki, bu sahə ilə məşğul olan tibb işçiləri üçün davamlı treninqlər təşkil olunur:

“Biz ələ-ələ verib bu problemin həllində daha mühüm nəticələrə nail ola bilərik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir