Cəmiyyət

İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi – FOTO

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib. Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib. Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi […]

Cəmiyyət

ABŞ-dəki Azərbaycan Məktəbinin fəaliyyəti bərpa olunub – FOTO

ABŞ-nin paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində yerləşən Azərbaycan məktəbinin fəaliyyəti bərpa olunub. “Report”un ABŞ bürosu xəbər verir ki, məktəbin yenidən bərpası ilə bağlı keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim, diplomatlar, Vaşinqtonda yaşayan azərbaycanlı ailələrin övladları və icmanın aktivləri iştirak ediblər. Xəzər İbrahim çıxışında bildirib ki, hər bir millətin varlığını […]

Cəmiyyət

Danışarkən edilən fərqli üz, əl-qol hərəkətləri xəstəlikdir, yoxsa vərdiş? – ARAŞDIRMA + FOTO

Bəzi insanların danışarkən tez-tez fərqli üz, əl-qol hərəkətləri etdiyinin şahidi oluruq. “Bəs bizə qəribə görünən bu hərəkətlərin səbəbi nədir?” – sualını veririk. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Bizim üçün fərqli görünən bu hərəkətlərin adı tibdə nevroloji tikdir, yəni sinir yığılmaları. Tiklər – istənilən yaşlı insanlarda qeyri-ixtiyari qısamüddətli əzələ yığılması nəticəsində baş verir. Sinir yığılmaları […]

Cəmiyyət

Müdafiə Nazirliyinin hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb. Bu barədə Oxu.Az-a Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı […]

Cəmiyyət

Fitili çəkilmiş saatlı bomba: Atom sahəsi üzrə mütəxəssislər həyəcan təbili çalırlar – FOTO

Qardaş Türkiyədə yaşanan güclü zəlzələ Ermənistanda yerləşən və bölgə dövlətləri üçün ciddi təhdid yaradan “Metsamor” Atom Elektrik Stansiyası (AES) ilə bağlı məsələni yenidən gündəmə gətirib. Mütəxəssislər həyəcan təbili çalırlar. Heç kim seysmik zonada yerləşən AES ətrafında da zəlzələnin baş verəcəyini istisna etmir. Bu zaman isə zəlzələdən də irimiqyaslı fəlakət yaşana bilər. “Metsamor” AES Azərbaycana, Türkiyəyə, […]

Cəmiyyət

Salyanda partlayış olub: Xəsarət alan var

Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb. “Report”un Aran bürosunun məlumatına görə, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla (“primus”la – red.) iş görərkən cihaz partlayıb. A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır […]

Cəmiyyət

Türkiyənin milli müdafiə naziri ABŞ ilə danışıqların nəticəsini açıqladı – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirildi. Saxlanılanlar var. Qardaş ölkəyə humanitar yardım aparan Fövqəladə Hallar Nazirliyinin ikinci avtomobil karvanı geri qayıdır. Nəqliyyat vasitələri bu gün Bakıya yola düşdü. Türkiyə F-16-larla bağlı Amerika Birləşmiş Ştatları ilə razılığa gəlir. Qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar danışıqların nəticəsini açıqladı. Rusiyada dəhşətli […]

Cəmiyyət

Buraxılış imtahanı keçirilən binaların birinə kənar şəxslər daxil olmağa cəhd ediblər

Bu gün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı zamanı Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd ediblər. Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır. Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak […]

Cəmiyyət

Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub, bir nəfər ölüb – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 828 942 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 583 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər […]