Cəmiyyət

Xankəndində Novruz tonqalı

       Ulu Öndər Heydər Əliyevin hələ 1998-ci ildə söylədiyi tarixi fikirləri  xatirimizdədir.  O vaxt dahi rəhbərimiz demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Bu gün Ulu Öndərimizin ruhu şaddır. Ölkəmizin rəhbəri cənab […]

Cəmiyyət

Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır

Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində deyilir ki,  hazırda düşmən tapdağından azad edilmiş Qarabağda geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.  Prezident deyib ki, Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib. Altı […]

Cəmiyyət

Dərin siyasi zəka, tükənməz iradə sahibi

        Novruz bayramı münasibətilə xalqımıza Xankəndidən göndərdiyi təbrikində Prezident İlham Əliyev qeyd edib ki, artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır.         Prezident Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb.  […]

Cəmiyyət

Şanlı ordumuz xalqımızın qürur mənbəyidir

         Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və […]

Cəmiyyət

Qələbəmizin növbəti rəmzi – Zəfər meydanı

         Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdir. Dövlətimizin başçısı böyük qürur hissi ilə qeyd etmişdir ki, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılır.          Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq […]

Cəmiyyət

Bakıda ağır qəza: “Prius” ağaca çırpıldı – VİDEO

Günorta saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.  Qəza Neftçilər prospektində qeydə alınıb. Hadisə zamanı “Toyota Prius” markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” markalı maşına, daha sonra ağaca çırpılıb. Qəza nəticəsində avtomobillərə maddi ziyan dəyib. Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.  Həmin görüntüləri təqdim edirik: […]

Cəmiyyət

Ordubada güclü yağış fəsadlar törədib – FOTO

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub. Qısa müddət ərzində yol təmizlənib və hərəkət […]

Cəmiyyət

Paytaxtda Novruz ab-havası – FOTOREPORTAJ

Novruz mənası “Yeni gün” olan, yazın gəlişindən müjdə verən qədim xalq bayramıdır. Oxu.Az xəbər verir ki, paytaxt sakinlərinin bir qismi bayram tətilini mərkəzi küçələrdə və İçərişəhərdə keçirilən Novruz şənliklərinə qatılmaqla keçirir. Novruz elçiləri – keçəl, kosa, eləcə də mərkəzi küçədə hazırlanmış bayram xonçasının maketi şəhəri turistlər üçün də daha maraqlı edir. İnsanlar Novruz atributları ilə şəkillər […]

Cəmiyyət

Xoşbəxtlik üçün sadə, amma güclü məqamlar: “Ancaq qida qəbulu ilə olmaz” – MÜSAHİBƏ + FOTO

2012-ci ildən etibarən 20 mart tarixi BMT-nin qərarına əsasən, “Beynəlxalq Xoşbəxtlik Günü” kimi qeyd olunur. Günün təsisçilərinin fikrincə, bu bayram xoşbəxtliyin bəşəriyyətin əsas məqsədlərindən biri olduğunu göstərmək və xatırlatmaq üçün təsis olunub. Bəs bəşəriyyətin əsas məqsədlərindən biri sayılan bu duyğuya necə rahatlıqla çatmaq olar? Pisliyə doğru dəyişdiyini hər gün eşitdiyimiz dünyada xoşbəxt olmaq üçün bizə […]

Cəmiyyət

Bakı sakinləri üçün təhlükə saçan quyu – VİDEO

Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qazılan ərazi sakinlərin narazılığına səbəb olub. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sakinlərdən biri ərazinin bir həftədir qazıldığını, lakin hələ də təmir olunmadığını bildirib. Qazıntı işlərinin hansı qurum tərəfindən aparıldığını müəyyən etmək mümkün olmayıb. Oxu.Az-ın “Azərsu”ya göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, bu qazıntının quruma aidiyyəti yoxdur. Digər qurumlara […]