Cəmiyyət

Bakı sakinləri üçün təhlükə saçan quyu – VİDEO

Sharing is caring!

Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qazılan ərazi sakinlərin narazılığına səbəb olub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Sakinlərdən biri ərazinin bir həftədir qazıldığını, lakin hələ də təmir olunmadığını bildirib.

Qazıntı işlərinin hansı qurum tərəfindən aparıldığını müəyyən etmək mümkün olmayıb. Oxu.Az-ın “Azərsu”ya göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, bu qazıntının quruma aidiyyəti yoxdur.

Digər qurumlara da sorğu ünvanlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir