Cəmiyyət

Bütün sosial ödənişlər Novruz bayramınadək veriləcək – FOTO

Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. Bu barədə Oxu.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Xeberal.az

Cəmiyyət

IX siniflərin buraxılış imtahanının nəticələri nə zaman elan olunacaq? – RƏSMİ

Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır: “Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın dörd həftə ərzində […]

Cəmiyyət

Qubada qanunsuz tikili söküldü – FOTO/VİDEO

Quba rayonunun Digah kəndi ərazisində fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb. […]

Cəmiyyət

Azərbaycanda avtomobil bazarında haqsız rəqabət halları aşkarlandı, iş qaldırıldı

Azərbaycanda minik avtomobillərinin satışı zamanı müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi ilə digər bazar subyektlərinə qarşı haqsız rəqabətə yolvermə əlamətləri aşkar olunub. Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir. 2023-cü il […]

Cəmiyyət

Laçında təmir olunan ev Fədayə Laçına məxsusdur? – AÇIQLAMA + VİDEO

Sosial şəbəkələrdə müğənni Fədayə Laçına aid olduğu deyilən evin görüntüləri yayılıb. Qeyd edilib ki, müğənninin ata yurdu Laçındakı evi təmir olunur. Moderator.az-a açıqlama verən müğənni məsələyə aydınlıq gətirib. “Bu bizim ev deyil. Mən nənəmgildə (anamın anası) böyümüşəm. Xalamgilə həmin videonu yolladım, onlar dedilər ki, bura bizim ev deyil. Heç kəndimiz də deyil. Yayda, iyun ayında […]

Cəmiyyət

Ramazan ayının səkkizinci gününün iftar və namaz vaxtları – FOTO

Bu gün Ramazan ayının səkkizinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 18-də iftar vaxtı 19:05-dədir.  Martın 30-u üçün namaz vaxtları:  Sübh azanı 05:26 Zöhr azanı 12:49 Əsr azanı 17:04 Məğrib azanı 19:05 İşa azanı 20:06 İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi:  “İlahi, […]

Cəmiyyət

Sumqayıtda ağacları qəsdən qurudurlar? – VİDEO

Sumqayıt şəhərində ağacların dibinə neft töküldüyü iddia edilir. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.   Sumqayıt sakini iddia edir ki, şəhərin 17-ci mikrorayon ərazisində olan yaşlı ağacların quruması üçün diblərinə neft tökülüb. Videonu təqdim edirik: Əzizə İsmayılova Xeberal.az

Cəmiyyət

Bakıda anbarlar yanıb

Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, bir dam altında tikilən ümumi sahəsi 1 440 kvadratmetr olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə və içərisinə yığılan əşyalar qismən yanıb. Bitişik obyektlər yanğından mühafizə […]

Cəmiyyət

İftar süfrəsi üçün RESEPTLƏR – FOTO

11 ayın sultanı sayılan Ramazan ayında oruc tutmağın insan orqanizminə xeyri böyükdür, bu barədə tibb işçiləri də müxtəlif məzmunlu materiallar paylaşırlar. Bəs bu ərəfələrdə qida rasionu necə tənzimlənməlidir ki, orqanizmə ziyan olmasın? Hansı qidalara üstünlük verilməlidir? Oxu.Az “İftar menyusu”nu təqdim edir: “Qəlyə” Ərzaq: Sümüksüz ət – bir kiloqram Soğan – bir kiloqram Şobalıd – bir kiloqram […]