Cəmiyyət

Ordubada güclü yağış fəsadlar törədib – FOTO

Sharing is caring!

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir