Asiya

Qeyri-adi görünüşlü kitabxana – FOTO

Türkiyənin Trabzon şəhərinin Yomra rayonunda qəribə kitabxana diqqəti cəlb edir. DHA xəbər verir ki, 61 yaşlı Bahəddin Kabahasanoğlu yük və insan daşıyan gəmiyə bənzər kitabxana tikdirib. O, illərlə xəyalını qurduğu kitabxanaya həm öz yazdığı, həm də bu günə qədər aldığı kitabları toplayıb. İki mərtəbəli kitabxanaya həm də məhəllə uşaqları kitab oxumaq və onlayn dərslərə qoşulmaq […]

Asiya

Türkiyə XİN-dən heyət üzvlərindən biri azərbaycanlı olan gəminin girov götürülməsi barədə açıqlama

Türkiyənin Xarici İşlər Nazirliyi Liviyada girov götürülən gəmi ilə bağlı açıqlama verib. Bu barədə “Haber Global” məlumat yayıb. “Bir Türkiyə şirkətinin idarəetməsində olan, türkiyəli heyət üzvlərinin də olduğu Yamayka bayraqlı “Mabrooka” adlı gəminin Liviyanın Marsa Susa şəhəri sahillərində qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən dayandırıldığı, gəmiyə cərimə kəsildiyi və gəminin […]

Asiya

İranda Ayətullah Xameneinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlərə münasibət bildirilib

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin səhhətinin pisləşməsi barədə yayılan xəbərlər rəsmən təkzib edilib. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bundan əvvəl sosial şəbəkələrdə Ayətullah Xameneinin səhhətinin pisləşməsi və bununla əlaqədar səlahiyyətlərini təhvil verdiyi barədə məlumatlar yayılmışdı. Mövzu bəzi KİV-də qaldırılmışdı. “Fars” agentliyi bazar ertəsi rəsmi mənbəyə istinadla Ayətullah Seyyid Əli Xameneinin səhhətinin […]

Asiya

Türkiyənin Quşadası bölgəsində iki yük gəmisi toqquşdu

Türkiyənin Quşadası bölgəsində biri Komor adaları, digəri isə Toqo bayrağı altında üzən iki yük gəmisi toqquşub. Hadisə zamanı gəmi heyəti xəsarət almayıb, lakin hər iki gəmiyə maddi ziyan dəyib. Bu barədə “Haber Global” məlumat verib. Bildirilir ki, gəmi kapitanlarının kömək istəməsi ilə Sahil Təhlükəsizlik və Quşadası Liman İdarəsi hadisə yerinə gəliblər. Qəzanın hansı səbəbdən meydana gəldiyi araşdırılır. Qeyd […]

Asiya

Beş ölkə Türkiyəyə qarşı — Qırıcılar və gəmilərdən atəş açıldı

Yunanıstan, Misir, Fransa, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Cənubi Kipr Şərqi Aralıq Dənizində birgə hərbi təlimlər həyata keçiriblər. XəbərAl.az xəbər verir ki, təlimlərdə dəniz və hava qüvvələrinə aid gəmilər, döyüş təyyarələri və digər hərbi avadanlıqlar sınanılıb. Misir Baş Qərargahının sözçüsü “Twitter” hesabında MEDUSA-10 adı verilən hərbi təlimlərdən maraqlı fotolar paylaşıb. Yunanistan Baş Qərargah rəisi Konstantinos Floros […]

Asiya

Türkiyə zəlzələnin görüntüləri yayıldı -VİDEO

Antaliyada baş verən zəlzələnin götürüləri yayılıb. Bu görüntüləri təqdim edirik: Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonu sahillərində 5.2 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 77 kilometr dərinlikdə baş verib. Zəlzələ Antalya və ətraf rayonlarda hiss edilib.

Asiya

Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi — VİDEO

“Əziz qardaşım İlham Əliyevin Fransaya bir tövsiyəsi var. O deyib ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də eyni məsləhəti verirəm”. “HaberGlobal”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscid muzeyində çıxış edərkən bildirib. O, həmkarı Emmanuel Makronu Fransanın başına bəla adlandıraraq, onun rəhbərliyi altında ölkənin çox təhlükəli dövr yaşadığını […]

Asiya

Türkiyədə hoteldə əməliyyat: Polislər yaralandı – VİDEO

Türkiyənin Kahramanmaraş şəhərindəki hoteldə atışma nəticəsində iki polis məmuru yaralanıb. “Haber Global” məlumat verir ki, xüsusi əməliyyat polisi hoteldə əməliyyat keçirib. Hadisə yerli vaxtla saat 11:15 radələrində Milli Egemenlik prospektində yerləşən bir hoteldə baş verib. Naməlum şəxs və ya şəxslər bilinməyən səbəbdən hoteldə başlayan davaya müdaxilə edən polislərə atəş açıblar. Nəticədə iki polis məmuru yaralanıb. Yaralı […]

Asiya

Türkiyədə güclü zəlzələ

Türkiyənin Siirt vilayətində 5 bal gücündə zəlzələ baş verib. “Haber Global” məlumat verir ki, zəlzələ Kurtalan rayonunda qeydə alınıb. Yerli vaxtla 08:45-də başlayan yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib. Qeyd olunur ki, zəlzələnin episentri yerin təxminən 20 kilometr dərinliyində olub.