Asiya

Türkiyə XİN-dən heyət üzvlərindən biri azərbaycanlı olan gəminin girov götürülməsi barədə açıqlama

Sharing is caring!

Türkiyənin Xarici İşlər Nazirliyi Liviyada girov götürülən gəmi ilə bağlı açıqlama verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Bir Türkiyə şirkətinin idarəetməsində olan, türkiyəli heyət üzvlərinin də olduğu Yamayka bayraqlı “Mabrooka” adlı gəminin Liviyanın Marsa Susa şəhəri sahillərində qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən dayandırıldığı, gəmiyə cərimə kəsildiyi və gəminin heyət üzvləri ilə birlikdə zorla saxlanıldığı öyrənilmişdir.

Bu addımı şiddətlə qınayırıq. Gəminin planlaşdırılmış səfərinə yenidən başlamasının təmin edəcək addımlar dərhal atılmalıdır”, – deyə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, təyinat nöqtəsi Misrata şəhəri olan gəminin heyət üzvlərindən biri azərbaycanlıdır. Ondan başqa gəmidə doqquz türkiyəli və yeddi hindistanlı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir