Asiya

İrandan Türkiyəyə dəstək – FOTO

İran Xarici İşlər naziri Cavad Zərif ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinə sərt reaksiya verib. Bu barədə o, “Twitter” hesabında yazıb. “ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa qarşı hörmətsizliyi yenə özünü büruzə verir. ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları şiddətlə qınayırıq. Türkiyə xalqının və hökumətinin yanındayıq. İlk növbədə qonşuluq gəlir”, – deyə iranlı nazir bildirib.  

Asiya

Türkiyə Çindən peyvənd almağa hazırlaşır

Türkiyə Çindən peyvənd almağa hazırlaşır. “RİA Novosti”nin məlumatına görə, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib. Bildirilir ki, Türkiyə Xarici İşlər naziri Mevlut Çavuşoğlu çinli həmkarı Van İ ilə telefon danışığı aparıb. Söhbət zamanı o, Çin peyvəndinin təsirli və təhlükəsiz olduğunu deyərək, onu almaq istədiklərini bildirib. Çin Xalq Respublikasının Xarici İşlər naziri, öz növbəsində, […]

Asiya

Türkiyədə yeni ildə komendant saatı elan olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusla bağlı vəziyyətlə əlaqədar 31 dekabr axşam saatlarından 4 yanvar səhər saatlarına qədər komendant saatı elan olunduğunu açıqlayıb. Bu barədə “Daily Sabah” məlumat yayıb. “Yeni il bayramında koronavirusa qarşı tədbirlər çərçivəsində dörd günlük komendant saatı tətbiq olunur: 31 dekabr 21:00-dan 4 yanvar 05:00-a qədər”, – deyə R.T.Ərdoğan bildirib.

Asiya

Türkiyədə sel fəlakəti, iki ölü – Fotolar

Türkiyənin iki böyük şəhəri sel fəlakətinə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, İzmirin Menderes rayonu və Antalyanın mərkəzi, eləcə də Serik rayonu su altında qalıb. İntensiv yağan yağış Antalyada Acısu dərəsinin daşma riskini artırıb, Belek və Kadriye məhəllələri suya qərq olub, Serik- Belek yolu selə məruz qalıb. Antalya bələdiyyəsi tərəfindən 150 xilasedici bölgəyə cəlb edilib, köməksiz […]

Asiya

Ankarada inşaatda torpaq sürüşməsi: Bir nəfər öldü, digərinin axtarışları davam edir

Ankarada Dövlət Su İşləri İdarəsinin yeni binasının inşaatında aparılan qazıntı işləri zamanı iki işçi torpaq çöküntüsü altında qalıb, biri ölüb. “Haber Global” xəbər verir ki, hadisə Ankaranın Söyütözü məhəlləsində baş verib. Torpaq çökütüsü altında qalan 58 yaşlı Ahmet Tokgözün meyiti çıxarılıb. Torpaq altında qalan 48 yaşlı digər fəhlə ilə bağlı xilasetmə əməliyyatı davam edir.

Asiya

Türkiyə Rusiyanın koronavirus peyvəndindən imtina etdi

Türkiyə zəruri laboratoriya praktikasına cavab vermədiyi üçün koronavirusa qarşı Rusiyanın istehsal etdiyi peyvəndi almayacaq. “RİA Novosti”nin məlumatına görə, bu sözləri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib. “Problem burasındadır ki, Rusiyanın peyvəndi lazımi laboratoriya praktikasına cavab vermir, bu səbəbdən də maraq dairəmizdən çıxarılıb”, – deyə türkiyəli nazir bildirib.