Asiya

Türkiyənin Daxili İşlər naziri Soyludan İmamoğluna sui-qəsd iddiası ilə bağlı açıqlama

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna sui-qəsd iddialarına münasibət bildirib. Bu barədə “Haber Global” məlumat yayıb. “Belə sui-qəsd təşəbbüsü və yaxalanan kimlərinsə olmasından söhbət getmir. Belə təhdidlər hər zaman var, amma bunların cəmiyyət və mətbuatda paylaşılmamasını istərdik. Terror təşkilatlarının bir hədəfi də özlərindən danışılmasını təmin etməkdir”, – deyə S.Soylu bildirib.

Asiya

İŞİD İmamoğlunu öldürməklə təhdid etdi

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı sui-qəsd təhlükəsi yaranıb. Bu barədə “Sputnik” Türkiyə məlumat yayıb. İddialara görə, təxminən 10-15 gün əvvəl İstanbulun bələdiyyə sədrinə bununla bağlı informasiya verilib. İstanbul polisi və valiliyində İmamoğlunun təhlükəsizliyi ilə bağlı xüsusi müşavirə də keçirilib və mühafizəçilərin sayının artırılmasına qərar verilib, həmçinin mühafizə əməkdaşlarının hər birinə xəbərdarlıq edilib.

Asiya

Türkiyədə qadağalar sərtləşdirildi — Ərdoğandan AÇIQLAMA

Bütün dünyada sürətlə genişlənən yeni növ koronavirus (COVID-19) infeksiyasının Türkiyədə də yayılması sürətlənib. İnfeksiyadan qorunmaq üçün təmizlik, maska taxmaq və sosial məsafəyə əməl etmək lazımdır. Qaydalara əməl etməklə özümüzün təhlükəsizliyinə kömək edərik”. XəbərAl.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra əhaliyə müraciətində ifadə edib. Türkiyənin COVID-19 infeksiyası ilə mübarizədə sistemli […]

Asiya

Türkiyə parlamentinin sədri: “Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi önəm illər sonra səmərəsini verdi”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop yeni istifadəyə verilən Təkirdağ – Hayrabolu yolunun açılış mərasimində Azərbaycanı Qarabağ müharibəsində qazandığı qələbə münasibəti ilə təbrik edərək Türkiyənin Naxçıvan vasitəsi ilə Orta Asiyaya avtomobil və dəmir yolu əlaqələrinin təmin olunmasını böyük uğur olduğunu qeyd edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. M. Şentop Mustafa Kamal Atatürkün zamanında Naxçıvan […]

Asiya

Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq” – VİDEO

“Müsəlman ətrafında əminlik verən, əlindən və dilindən əmin olan insandır. Başqa bir dindən olduğu üçün insanların canına, malına əl uzatmaq, hətta hörmətsizlik etmək müsəlmana yaraşmaz”. Baku Tv xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan onlayn konqresdə çıxışı zamanı deyib. “Kim olursa, olsun haqsızlıq qarşısında susmaq bir müsəlmana yaraşmaz. Qardaşına arxa çevirmək, qardaşını kürəyindən […]

Asiya

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə ömürlük həbs cəzası verildi

Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirak edənlər ömürlük həbs cəzasına məhkum olunub. “Haber Global” məlumat verir ki, prokurorların ittihamlarına görə birbaşa hərbi əməliyyatlarda iştirak edən bir çox keçmiş hərbi zabit ağırlaşdırılmış həbs cəzası alıb. Ümumilikdə 475 nəfər ittihama cəlb olunub. 15 iyul 2016-cı il tarixində Türk Silahlı Qüvvələrinin bir qrup əsgər və zabiti […]

Asiya

İran Prezidenti: “Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq”

“Allaha şükürlər olsun ki, Trampın şərindən xilas olduq”. Bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.  O, ABŞ-ın İrana qarşı apardığı iqtisadi müharibəni İran-İraq müharibəsi ilə müqayisə edərək hər iki cəbhədə İran xalqının müqavimətinin qələbə çaldığını bildirib: “İran xalqının qələbəsinin və düşmənin iqtisadi müharibədə məğlub olmasının sübutlarından biri Tramp dövrünün başa çatmasıdır. […]

Asiya

Türkiyə COVID-19-a görə 70 faizdən çox xarici turist itirib

Türkiyədə koronavirus pandemiyası səbəbindən 2020-ci ilin son 10 ayında ölkəyə səfər edən xarici turistlərin sayı ötən illə müqayisədə, 72,5 faiz azalıb. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Nazirliyin statistik hesabatına əsasən, 2020-ci ilin yanvar-oktyabr ayları aralığında ölkə 11,2 milyon xarici qonaq qəbul edib. 2019-cu ilin eyni dövründə isə bu göstərici 41 milyon […]