Cəmiyyət

Məktəblilərimiz Yeniyetmələrin Balkan İnformatika Olimpiadasından medallarla qayıtdılar – FOTO

Sharing is caring!

Məktəblilərimiz Yeniyetmələrin Balkan İnformatika Olimpiadasında (JBOI) uğurla çıxış ediblər.

Olimpiada Rumıniyanın Dorohay şəhərində 28 avqust-3 sentyabr 2022-ci il tarixlərində keçirilib.

Dörd məktəbli ilə təmsil olunan komandanın rəhbəri Rəşad Məmmədov, rəhbər müavini isə İbrahim Tağızadə olub.

Komandamız sözügedən yarışdan Vətənə bir qızıl və bir bürünc medalla qayıdıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev qızıl medal, Ankara liseyinin şagirdi Əli Əliyev isə bürünc medal qazanıb.

Bundan başqa, Fərid Tanrıverdiyev (FRİTL, Quba filialı) və Şahin Ələkbərli (FRİTL) həvəsləndirici mükafatlar alıblar.

Məktəblilərimizi təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

Emilya Tağıyeva

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir