Dünya

Türkiyə ordusuna məxsus helikopter İraqda qəzaya uğrayıb

Sharing is caring!

İraqın şimalında Türkiyə ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb.

Hadisə ilə bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza Türkiyə ordusunun İraqda keçirdiyi “Pəncə-Kilid” əməliyyatı zamanı baş verib.

Qeyd olunur ki, helikopter sərt eniş edib.

Helikopterdə olan səkkiz hərbçidən yeddisi xilas edilib, bir nəfər itkin düşmüş hesab olunur.

Mənbə: Msb.gov.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir