Siyasət

Gürcü politoloq: “Hərbçilərin mübadiləsi Ermənistanla Azərbaycan arasında sülhün yaxınlaşdığını göstərir”

Sharing is caring!


Gürcü politoloq Simon Kopadze Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin mübadiləsini Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh üçün gördüyü böyük işlərin bir hissəsi adlandırıb.

O, “Report”a açıqlamasında bildirib ki, saxlanılan hərbçilərin “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsi ilə bağlı Azərbaycanın atdığı addımlardan heyrətə gəlib.

Ekspertin sözlərinə görə, Gürcüstan hökuməti regionda baş verənləri diqqətlə izləyir. Eyni zamanda, Bakı ilə İrəvan arasında sülh danışıqlarını dəstəkləyir və Tbilisinin böyük sülh müqaviləsinin imzalanacağı məkan olması üçün də hər cür dəstək olmağa çalışır.

S.Kopadze hesab edir ki, Prezident İlham Əliyevin məqsədyönlü, praqmatik siyasəti təkcə hərbçilərin dəyişdirilməsi ilə başa çatmadı:

“Həmin siyasətin nəticəsidir ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini müdafiə etdi. Bu da təbii ki, çox müsbət hadisədir”.

“Düşünürəm ki, tərəflərin bir-birini dəstəkləməsi artıq o deməkdir ki, sülh sazişi yaxında imzalanacaq”, – politoloq bildirib.

Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən iki azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub. Dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir