Cəmiyyət

Neftçalada avtomobil marketə çarpılıb: Xəsarət alanlar var

Sharing is caring!

Neftçala rayonunda avtomobil marketə çarpılıb, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil anidən idarəetmədən çıxıb, daha sonra yolun yaxınlığındakı marketlərdən birinə çarpılıb. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəxsiyyətləri hələlik məlum olmayan yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir