Cəmiyyət

TƏBİB Ağalı kəndinə köçəcək ailələri müayinə etdi – VİDEO

Sharing is caring!

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Zəngilan rayonunun Ağalı kəndinə növbəti mərhələdə köçürüləcək ailələrin tibbi müayinələrinə başlayıb.

Tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanası, Nərimanov rayonu 18 nömrəli Şəhər Poliklinikası və Sabunçu rayonu 12 saylı Şəhər Poliklinikasında aparılır. 

Ağalı kəndinə növbəti köçün sentyabrın ilk 10 günlüyündə olması nəzərdə tutulub. Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir