Cəmiyyət

Komando heyəti: “Laçın şəhəri etibarlı müdafiə olunur”

Sharing is caring!

“Mən Azərbaycan ordusunun komando birliklərində hərbi xidmət keçməyimdən qürur duyuram”. 

Bunu Oxu.Az-a açıqlamasında Laçın şəhərində xidmət edən Azərbaycan Ordusunun leytenantı Bilal Bayramov deyib. 

O bildirib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin əmrinə əsasən bir neçə gün öncə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi əməliyyatında iştirak edib. 

“Mən fəxr edirəm ki, həmin əməliyyatda az da olsa payım olub. Laçın şəhəri etibarlı şəkildə müdafiə olunur”, – deyə o əlavə edib. 

Bilal Bayramov qeyd edib ki, komando heyəti olaraq istənilən döyüş əmrinə hazırdır.

“Biz indi Laçında xidmət edirik. Şəxsi heyət arasında böyük ruh yüksəkliyi və döyüş ruhu hökm sürür”, – deyə Bilal Bayramov bildirib.

Qeyd edək ki, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən nəzarətə götürülüb.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir