Cəmiyyət

Tarix İnstitutunun əməkdaşı: “Laçında yarımçıq qoyub gəldiyim elmi işlərim çoxdur”

Sharing is caring!

“Laçın hər zaman qeyri-müəyyənliyi ilə seçilən rayon olub. Laçın mətbəxinin də özünəməxsusluğu var. Orada yeddi növ çörək bişirilirdi və bu, heç bir yerdə, demək olar ki, yoxdur. Laçın sakini olaraq sevincimin həddi-hüdudu yoxdur. Orada yarımçıq qoyub gəldiyim elmi işlərim çoxdur. Öz doğma yurduma qayıtmağı səbirsizliklə gözləyirəm”.

“Report” xəbər verir ki, xəbər verir ki, bunu A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Laçın sakini Faiq İsmayılov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Laçınla bağlı keçirilən toplantıda deyib.

Daha bir Laçın sakini, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad onlara bu gözəl günü yaşatdığına görə ölkə başcısı İlham Əliyevə dərin minnətdarlığını bildirib:

“Bütün xatirələrim Laçında qalmışdı və sanki bir tərəfimiz əksik idi. Artıq bütünləşdik. Dövlətdən nə ev, nə villa, nə da başqa nəsə istəyirəm. Orada balaca çadır qurub öz yurdumda qalmaq arzusundayam. Öz balaca dünyamı bundan sonra Laçında qurmağa hazıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir