Cəmiyyət

Ötən dövrdə 462,5 min şəxsə e-qaydada fərdi hesab açılıb

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə bu il 97,9 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb.

2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır.

Nəticədə işçi fərdi uçot sistemində fərdi şəxsi hesaba və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında pensiya kapitalı toplamaq imkanına malik olur.

Ümumilikdə ötən dövrdə 462,5 min şəxsə e-qaydada fərdi hesab açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir