Cəmiyyət

Dərbənddə Azərbaycan plovunun təqdim olunduğu festival keçirilib – VİDEO

Sharing is caring!

Dərbənddə Azərbaycan yeməklərinin də təqdim olunduğu ümumşəhər plov festivalı keçirilib.

Bu barədə TASS-a şəhər administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Dərbənddə şəhərin turizmin və xalq yaradıcılığının inkişafı mərkəzinin təşkilatçılığı ilə ümumşəhər plov festivalı keçirilib”, – agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, festivalda Azərbaycan, ləzgi, tat və tabasaran xalqlarının nümayəndələri plovun milli növlərini təqdim ediblər.

“Ümumilikdə on çeşid var, bu il on birincisi ispan plovu olub. Bu tədbir turistləri maksimum dərəcədə cəlb etmək, qonaqlara bizim qastronomiyamızı göstərmək, tanıtmaq üçün keçirilir. Həmçinin burada Dağıstanın xalq sənətkarlığı, rəsm qalereyası, teatr nümunələri var”, – mətbuat xidmətindən əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir