Dünya

Bayraktar: “Bizə nə qədər pul təklif etsələr də, Rusiyaya PUA satmayacağıq”

Sharing is caring!

Türkiyənin “Bayraktar” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib ki, şirkət öz döyüş PUA-larının Rusiyaya tədarükünü mümkün hesab etmir.

BBC-yə müsahibəsində o, PUA-nın təklif olunan qiymətindən asılı olmayaraq qərarın dəyişməyəcəyini qeyd edib.

O buna şirkətin “Ukrayna ilə uzun illər dostluğu və əməkdaşlığı”nı əsas gətirib.

“Bizə nə qədər pul təklif etsələr də, düzünü desəm, bu vəziyyətdə onu onlara təhvil verməkdən söhbət gedə bilməz”, – deyə Bayraktar bildirib.

O, 2018-ci ildən Ukraynada “Bayraktar” sistemlərindən istifadə olunduğunu və şirkətin birgə əməkdaşlıq üçün böyük səylər göstərdiyini qeyd edib.

Türkiyə və Ukrayna bu ölkədə “Bayraktar” PUA-larının istehsalı üçün obyekt tikmək üçün müqavilə imzalayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir