Cəmiyyət

DYP: “Yol hərəkəti qaydaları yalnız sürücülər üçün deyil!” – FOTO

Sharing is caring!

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) yollarda təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında deyib ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunvericiliyi sürücülərlə yanaşı digər hərəkət iştirakçıları barəsində də hüquqlar və vəzifələr müəyyən edir:

“Hərəkətin digər iştirakçıları dedikdə buraya piyadalar, sərnişinlər, mopedçilər, velosipedçilər həmçinin son dövrlər xüsusilə istifadəsi geniş yayılmış qeyri-mexaniki nəqliyyat vasitəsi hesab olunan skuter və segveylər də bu təsnifata aiddir. Hər bir hərəkət iştirakçısı yollarda qaydalara ciddi şəkildə riayət etməklə özünün və ətrafdakıların həyat və sağlamlığını qorumuş olur”.
Araz Əsgərli qeyd edib ki, yol hərəkəti qaydalarına əməl etməyənlər üçün İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində hərəkətin digər iştirakçıları üçün 20 manatdan 100 manata qədər cərimələr nəzərdə tutulub:

“Xüsusilə deməliyik ki, valideynlər himayələrində olan azyaşlı övladlarına ciddi nəzarət etməli, onların velosiped və segveylərlə ümumi istifadə olunan yollara buraxılmasının qarşısının alınmasında maraqlı olmalıdırlar. Yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyi gündəlik həyatımızda tətbiq etməyin vacibliyini bir daha hərəkət iştirakçılarımızın diqqətinə çatdırırıq…”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir