Cəmiyyət

FHN şimal bölgəsindəki yanğınların gec söndürülməsinin səbəbini açıqlayıb

Sharing is caring!

“Havanın küləkli və isti olması yanğının söndürülməsinə çətinliklər yaradır”.

Bunu “Report”un Siyəzənə ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

“Hələ ki, ciddi təhlükə yoxdur. Siyəzəndə dağ silsiləsində təxminən 30-40 hektara qədər ərazi tüstülənir. Hazırda oraya 300-ə yaxın canlı qüvvəmiz cəlb edilib”.

“Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. Ümumilikdə ölkənin şimal bölgəsində 5 min hektara yaxın ərazidə yanğın izləri var”, – o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir