Dünya

“Spokoynoy noçi, malışi” verilişindəki məşhur personajın “səsi” öldü

Sharing is caring!

Aktyor-kuklaçı və musiqiçi Sergey Qriqoryev 64 yaşında vəfat edib. Son səkkiz ildə o, İudeya dağlarında yaşayırdı.

Bu barədə İsrail mətbuatı məlumat verib.  

Aktyor izləyicilərə daha çox “Spokoynoy noçi, malışi” verilişində səsləndirdiyi Filya obrazı ilə tanışdır. Uşaqların sevimli obrazı Filyanı aktyor 1987-ci ildən 2014-cü ilə qədər səsləndirib. Bu personaj proqramdakı ilk obrazlardan biridir.

2003-cü ildən Qriqoryev “Şişkin les” verilişində pişik Koksiki səsləndirib.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir