Cəmiyyət

Deputat MEDİA-nın fəaliyyətindən DANIŞDI

Sharing is caring!

“Son bir neçə ildə ölkəmizdə bir neçə sahədə olduğu kimi, media sahəsində də islahatlar aparılır. Bu məqsədlə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb və qarşısında bir sıra vəzifələr qoyulub”.

Bunu Oxu.Az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, “Media haqqında” qanunun hazırlanması istiqamətində bir sıra addımlar atıb:

“Qanunvericilik bazası yaradıldı və Prezident İlham Əliyev tərəfindən təsdiq olundu. Burada media sahəsinin tənzimlənməsi ilə yanaşı, nəzərəçarpan məsələlərdən biri də təşviqdir. Son dövrlər elektron medianın maliyyələşdirilməsi aparılıb ki, əvvəllər belə bir addım yox idi. Eyni zamanda, jurnalistlərin fərdi yazılarının da mükafatlandırılmasının şahidi oluruq. Bu da onlara motivasiyadır ki, agentlik tərəfindən bu addımlar atılır”.

Deputat qeyd edib ki, agentlik qarşısına qoyulan məsələlərin icrası üçün addımlar atır, təlimlər, görüşlər təşkil edir:

“Eyni zamanda, agentliyin qarşısında KİV-in tənzimlənməsi, yeni çağırışlarla bağlı tələblər var. İnanıram ki, agentlik bu sahədə də üzərinə düşən vəzifəni yerinə yetirəcək. Medianın təhlükəsizliyi, idarə olunması çox önəmlidir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir