Siyasət

Fransa səfiri Füzuli rayonunda yaralanan fermerlə bağlı paylaşım edib – FOTO

Sharing is caring!

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 2 gün əvvəl Füzuli rayonunda minaya düşərək yaralanan fermer barədə təəssüf hissi keçirdiyini bildirib.

Bu barədə o, “Twitter” hesabında qeyd edib.

“Mayın 28-də 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basdalayaraq yaralanması xəbəri təəssüflə qarşılanıb. Ona tam sağalmağı arzulayıram”, – deyə səfir təəssüf etdiyini bildirib.

Zakari Qros həmçinin qeyd edib ki, Fransa səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir