Cəmiyyət

“Qırmızı Kitab”a daxil olan heyvanların monitorinqi aparıldı – FOTO

Sharing is caring!

İlisu Dövlət Təbiət Qoruğunun direktoru Azərçin Muradov, Zaqatala Dövlət Təbiət Qoruğunun sahə müfəttişi İlkin Hacıyev, mühafizə yegerləri İlham Məmmədov və Kamran Parqalov tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qafqaz maralı (nəcib maral), köpgər, Dağıstan turu və qonur ayı növlərinin monitorinqi həyata keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

Monitorinqlər zamanı adıçəkilən növlərin populyasiyalarının dayanıqlılığı, fərdlərin sayında artım dinamikası müşahidə edilib.

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan Qafqaz maralının ən geniş arealı olan Zaqatala Dövlət Təbiət Qoruğunda (Zaqatala və Balakən rayonlarının inzibati ərazisi) bu mövsüm üzrə vizual müşahidələr nəticəsində 1000 başa qədər fərdin məskunlaşdığı məlum olub. 

Qoruq ərazisinin antropogen təsirlərdən uzaq olması, mühafizə tədbirlərinin yüksək səviyyədə təşkil edilməsi səbəbindən Qafqaz maralı, qonur ayı, köpgər, Dağıstan turu növlərini alp-subalp və subnival zonalarda vizual monitorinq zamanı rahatlıqla müşahidə etmək mümkündür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir