Kriminal

Bakıda çayxanadan oğurluq edən qardaşlar və daha iki nəfər tutulub

Sharing is caring!


Bakıda çay evindən oğurluq edilib.

DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 22-də rayon ərazisində yerləşən çay evlərinin birində Bakı şəhər sakini V.Əliyevin 140 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakinləri Vüqar Rzayev, Zahid Hüseynov, qardaşı Fərahim və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir